Tarixin təhrif olunması yolverilməzdir

Müstəqilliyin ilk illərində xalqımız çox böyük çətinliklərlə üzləşib. 1991-ci ildə 70 illik bir əsarətdən sonra Azərbyacan Respublikası yenidən öz müstəqilliyinə qovuşmuş oldu. Cənubi Qafqaz regionunun bir parçası olaraq XX əsrin 90-cı illərinin əvvəllərində bölgədə mövcud olan siyasi şərtlərin təzahürü olaraq müstəqilliyimizi əldə etmək, onu möhkəmləndirmək və davamlı olmasını qoruyub saxlamaq çox böyük çətinliklər və güclü iradə hesabına mümkün oldu. Belə ki, 90-cı illərin əvvəllərində mövcud vəziyyətin formalaşmasına həm xarici, həm də daxili səbəblər təsir edirdi. Ölkəmiz xarici müdaxiləyə, ərazi iddialarına məruz qaldığı zaman eyni zamanda daxildə də çox mürrəkkəb proseslər cərəyan edirdi. Respublikanın qərb sərhədləri boyu erməni silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə, deportasiya siyasəti və artıq Sovetlərin dağılması zamanı müntəzəm hal almağa başlayan hərbi təcavüzlər, silahlı hücumların qarşısını almaqda böyük çətinliklər meydana çıxırdı. Respublika rəhbərliyindəki liderlərin, siyasi qrupların səriştəsizliyi xarici müdaxilənin qarşısını almaqda uğursuzluğa sürükləyirdi. Hakimiyyət uğrunda müxtəlif siyasi qruplar arasında gedən mübarizə, ayrı –ayrı bölgələrdə respublikanı parçalamaq uğrunda baş verən pozuculuq fəaliyyəti qüvvələrin vahid düşmənə qarşı cəmləşdirilməsinə böyük maneçilik törədirdi. Bu şərtlər altında dövlətin gələcəyi böyük sual altında qalmış olurdu.

Müstəqilliyin ilk illərinin bərbad mənzərəsini unutmaq olmaz. Baş verən hadisələr fonunda azərbaycan xalqında gələcəyə doğru yönəlmiş ümidsizliyin, özünə inamın azalması, üstəlik siyasi qrupların mövqelərinin həddindən artıq müxtəlifliyi nəticəsində xalqda hər hansı bir siyasi qüvvəyə, siyasi istiqamətə güvənin inamın, güvənin olmaması tarixin bu mərhələsinin ən bariz simalarından biridir. Gənc, müstəqil Azərbaycan Respulikasının o dövrdəki sosial-siyasi mənzərəsi həmçinin də onunla xarakterizə oluna bilər ki, erməni silahlı qüvvələrinin müdaxiləsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşərək bütün respublika ərazisində özlərinə pənah axtaran azərbyacanlıların gələcək taleylərinin qayğıları ilə daha da mürəkkəbləşirdi. Ölkə başçısı mətbuat konfrnsında bu mühüm məsələlərə bir daha aydınlıq gətirdi.

Möhtərəm Prezidentimiz İlham Əliyev vurğuladı ki, torpaqlarımızın işğalı nəticəsində baş verənlər tariximizin unudulmaz səhifələridir. Müstəqilliyimizin ilk illəri Respublikanın xarici müdaxiləyə məruz qalması ilə müşayət olundu. Hələ ötən əsrin 80-ci illərindən etibarən alovlanmağa başlayan Qarabağ münaqişəsi 90-cı illərin əvvəllərindən başlayaraq müharibə halını aldı. Əvvəlcə müxtəlif dövrlərdə Ermənistan sərhədlərinə daxil edilmiş tarixi torpaqlarımızdan başlanan etnik təmizləmə və deportasiya siyasəti növbəti mərhələdən etibarən Dağlıq Qarabağda münaqişə ocaqlarının yaradılmasına, azərbaycanlı mülki əhaliyə qarşı silahlı hücumlara, soyqrımlara və müharibə nəticəsində ətraf rayonların işğalına rəvac verdi. Həmin illərdə Ermnənistandan, İrəvandan, digər əzəli Azərbaycan torpaqlarından və Dağlıq Qarabağdan silah gücünə qovulmuş saysız hesabsız mülki azərbaycanlı əhali qaçqın və köçkün vəziyyətə düşərək Azərbaycan Respublikasına pənah gətirdi. Birinci Qarabağ müharibəsi nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlar erməni silahlı dəstələri tərəfindən işğal edildi. Həmin torpaqlarda bir nəfər də olsun azərbyacanlı qalmadı. Laçın rayonunun işğalı nəticəsində Dağlıq Qarabağla Ermənistan arasında birbaşa bağlantı yaradıldı. Belə böyük problemlərin mövcudluğu şəraitində Azərbyacan Respublikasının gələcək taleyi sual altında idi.

Lakin bu vəziyyət uzun müddət davam etmədi. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə mövcud vəziyyətdən addım, addım çıxıldı. Düyünlər ilmə-ilmə açıldı. Respublikada hər tərəfli və böyük miqyasda yenidənqurma işləri, sosial, iqtisadi, siyasi islahatlar pqroqramı başladıldı. Cəbhədə atəşkəs əldə olundu. Gənc Respubilkamıza güclü siyasi rəhbərinin düzgün addımları ilə ağır vəziyyətdən çıxa bildi.

Heydər Əliyevin siyasi irsini davam etdirən İlham Əliyev bu addımları yüksələn xəttlə davam etdirdi. Beynəlxalq aləmdə Azərbyacan Respublikası öz sözünü deyən, imzalar içərisində imzası olan müstəqil və yüksək sürətdə inkişaf edən bir dövlət kimi çıxış etməyə başladı. Dağlıq Qarabağ münaqişəsinin həlli fonunda Azərbaycan tərəfinin möqveyi əməkdaşlıq və sülh mövqeyindən yana olsa da, lakin Ermənistan tərəfinin hər dəfə danışıqları pozması və Beynəlxalq birliyin tələblərini yerinə yetirməkdən imtina etməsi münaqişənin həllini gecikdirdi. Son nəticə olaraq 2020-ci ilin 28 sentyabr-10 noyabr tarixlərində baş vermiş 44 günlük Vətən müharibəsində İlham Əliyevin düzgün strateji siyasəti və ordumuzun gücü, qəhrəmanlığı nəticəsində böyük zəfər əldə edildi. Münaqişə Azərbyacanın xeyrinə həll edildi, tarixi ədalət pərpa olundu. Artıq çiçəklənən Azərbaycan Respublikasının daha parlaq gələcək üçün bütün yollar üzünə açıqdır.

Tarixin təhrif olunması yolverilməzdir

Elxan Bədəlov,

İsmayıllı rayon
Təzəkənd kənd tam orta məktəbin direktoru