Zelenski və Qaribaşvili Moldovada bir-birinə salam verməyiblər - VİDEO

Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında Ukrayna prezidenti ilə Gürcüstanın baş nazirinin salamlaşmaması jurnalistlərin diqqətindən yayınmayıb.

Ehtimal edilir ki, bunun səbəbi iki postsovet ölkəsi rəhbərinin bir-birinin siyasətini təftiş etməsindən sonra baş verib.

Belə ki, Zirvə toplantısında çıxış edən Ukrayna prezidenti bəyan edib ki, Rusiya ilə həmsərhəd olan və Rusiyanın hücumuna məruz qalmaq istəməyən bütün Avropa ölkələri Avropa İttifaqı və NATO-ya üzv olmalıdır.

Öz növbəsində Volodimir Zelenskinin bəyanatına cavab verən İrakli Qaribaşvili bildirib ki, Ukrayna prezidentinin açıqlamaları dağıdıcı müxalifətin bəyanatları ilə üst-üstə düşür.