Deputat Azərbaycanın Argentinadakı səfirliyinin Çilidəki diplomatik nümayəndəliyində

18 noyabrda Azərbaycanın Argentinadakı səfirliyimizin Çilidəki diplomatik nümayəndəliyinin ofisini ziyarət etdim. Ofisdən Argentinadakı səfirimiz Rəmzi Bağırovla telefon əlaqəsi yatratdıq və Latın Amerikası ölkələrində görülməli işlərimiz haqqında maraqlı söhbət etdik. Argentinadakı səfirliyimizin Çilidəki əməkdaşı Kamran Ağa- Kərimovla maraqlı fikir mübadiləsi apardıq və Çilidə yüksək təmsilçiliyimizə görə təşəkkürümü bildirdim. Sonra da diplomatik nümayəndəliyimizdəki yaradılmış Azərbaycanın milli suvenirləri nümayiş etdirilən sərgi ilə tanış oldum .

Çilinin paytaxtı Santiyaqo şəhərinin gözəl yerində yerləşən diplomatik nümayəndəliyimizin ofisinin qarşısında, vətənimizdən 15 min kilometr uzaqda Azərbaycanın üçrəngli Dövlət Bayrağının dalğalanması qürurvericidir.

Azər Badamov
Milli Məclisin deputatı