Azad Rəhimov vəfat edib

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik", - deyə paylaşımda deyilir.