Azərbaycanda peyvənd olunanların sayı 300 mini ötüb

Martın 2-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,903 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan sabahinfo.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.