Azərbaycanın qadın hakim UEFA-dan təyinat alıb

FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar.

Sabahinfo.az xəbər verir ki, hakimlərimiz 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər.

İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun oyunları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək.