"Müharibə aparsaydıq, bir həftədə xeyli irəliləyərdik”

"Biz Ermənistanla müharibə aparmamışıq, müharibə aparsaydıq, bir həftədə xeyli irəliləyərdik”. Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında deyib. O bildirib ki, Azərbaycan sülhün tərəfdarıdır:"Ona görə də Azərbaycan ilk olaraq birtərəfli qaydada atəşkəs elan etdi. İndi də sülh danışıqları gedir. Biz bütün hallarda müharibəyə hazırıq, buna dövlətimizin, ordumuzun gücü var”. report.az