Xızı rayonunun Ağdərə kənd sakinlərinin davamlı müraciətləri əsasında kənddə GSM rabitəsinin qurulması istiqamətində tərəfimizdən aidiyyəti qurumlara çoxsaylı müraciətlər edildi. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə eləcə də “Azercell” şirkətinə ünvanladığımız müraciətlər öz müsbət nəticəsini verdi. Təxminən 8 aya yaxın müddət ərzində Ağdərə kəndində GSM rabitəsinin təmin edilməsi məqsədilə rabitə qülləsi və zəruri avadanlıqlar quraşdırıldı, uzaq məsafədən elektrik xətti çəkildi və transformator stansiyası yaradıldı.
Artıq görülən işlər nəticəsində Ağdərə kəndində və ətraf ərazilərdə (hətta Qobustan rayonunun bəzi ərazilərində ) GSM rabitəsi fəaliyyət göstərir.
Bu nəticə sakinlərin davamlı müraciətlərinin aidiyyəti qurumlara çatdırılması və problemin həlli istiqamətində aparılan ardıcıl işlərin nəticəsidir. Məsələyə ciddi reaksiya verərək problemi həll etdiklərinə görə Xızı rayon icra hakimiyyətinə,Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə , Azercell şirkətinə dərin minnətdarlığımı bildirirəm.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı