IX sinif şagirdi Zeynəb Quliyevadan - Arzular

Arzular

Ötən illərin şövqündə, Yaranar arzular,yaşar. Sevincin,qəmin həmdəmi,
Oyanar arzu, xəyallar.
Ömrünü sürdükcə insan, Fırtına içində coşar. Qəlbdə,ruhda baş qaldıran, İnsan ömrü fırtınalar.
Yaşarsan ömür müddətin, Ucsuzdur ümid arzusu. Ömrü uzunu yol gələr, Yolları səslər yolçusu.   Hərdən boylanar keçmişə, Kədərli,bəzən xoşbəxtcə. Unudar hərdən özünü, Unutmaq varsa qismətdə.  

Deyingən qarı

Əlində əsası durub bayaqdan, Baxır o gəldiyi yollarasarı. Söylənir,deyinir,bəzən kövrəlir, Keçmişə kövrələn deyingən qarı.   Ömrünə iz salan cığırda,izdə, Keçmişdə yaşamış sevgi sevinci. Ötən günlərinin təəəssüratı, Yaş olub süzülür gözündən indi.   Bir anda arxaya dönərək baxır, Baxır uzaqlara göz işlədikcə. Cavanlıq şövqündə qərq edir onu, Eşqdən alışdığı odlu düşüncə.   İllərdən süzülən dərin qırışlar, Alnında,əlində şırıma dönüb. Dən düşmüş saçında sülh var,barış var,
Gözündə hərb odu soyuyub,sönü