Səbail rayonu ərazisində yerləşən kafedə Yardımlı rayon sakinini döyərək pulunu götürüblər.
Adalet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 11-də Səbail rayonu ərazisində yerləşən kafelərdən birində şəxsiyyəti məlum olmayan 3 nəfər Yardımlı rayon sakini Muxtar Sətiyevi döyüb 740 manat pulunu alıb.
Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri İsmayıl Meybullayev, Rahim Rəhimov və Asiman Məmmədov tutulublar.