Gənc və istedadlı müqənni DƏNİZ ANAR SABAHİNFO.AZ saytına müsahibə verib. Müğənni müsahibəsində yaradıcılığından və gələcək planlarından danışıb. Şou əhlində özünə rəqib görmədiyini deyən gənc müğənni yaxın vaxtlarda pərəstişkarlarını sevindirəcəyini deyib.
-Dəniz xanım ilk öncə özünüz haqqınızda oxucularımıza məlumat verərdiniz. Dənim Anar kimdir?
- Dəniz Anar hər şeydən əvvəl sadə səmimi bir insan. Ziyalı bir ailənin nümayəndəsi və ziyalı bir xanım.
-Necə oldu bu sənətə gəldiniz?
-Deyim ki, bu sənətə məni Zeynəb Xanlarovaya olan məhəbbətim, onun sənətinə olan vurğunluğum gətirib. Səmimiyyətimə inanin. O vaxtlar bilirsiniz indiki kimi kanallar çox deyildi. Hər həftənin bazar günlərini gözləyirdim ki, Zeynəb xanımın konserti olacaq baxacam və o necə səhnədə hərəkət edirdisə onu edirdim. Sənətə olan sevgim o gədər güclü idiki hər şeydə bununla ba$ladi
-İndi bu sənətdə olanların bir çoxu şou xatirinə hər şey edirlər. Ümumiyyətlə bu aləmə baxışlarınızı bilmək istərdik
-Bilirsiniz onları qınamıram. Hərə bir yolla gündəmə gəlmək və ya gündəmdə qalmaq istəyir. Sadəcə biraz sənət üçūndə nəsə etsəydilər yaxsı olardı. Sənət ŞOU-dan ibarət deyil. Repertuarımda , xalq mahnılarımız, klassik bəstəkarlarlarımızın mahnıları yer tutur.
Yaradıcılığıma biraz ara vermişdim. Məlum məsələdir el şənlikləri başımı qatıb. Amma artıq başlamışam.
-Bizdə olan məlumata görə yaxın vaxtlard diskiniz işıq üzü gpörəcək. Bu barədə danışardınız. Adını nə düşünürsünüz? Hansı mahnılar orda yer alacaq?
-Bəli inşallah dediyim kimi, repertuarımda yalniz xalq mahnilari bəstəkar mahnilari yer alacaq. Yeni mahnim yoxdu. Nədənsə indiki mahnılar məni qane etmir.
-Hansı bəstəkarlarla çalışmaq istərdiniz?
-Sevdiyim bəstəkarlar Faiq Succəddinov, Aygün Səmədzadə, Nailə Mirmməmmədlidir. Nailə xanimla callışmaq istərdim.
-Heç müraciət etmisiniz??
-Nailə xanimla bir-iki mahnımız var idi. Sadəcə sənətə ara verdim deyə qaldi
-Özünüzə rəqib görürsünüzmü?
-Bu biraz çətin sual oldu. Əminliklə deyim təbii ki, sənətkarlarımızdan dönə-dönə üzr istəyirəm. İndiki muğənniləri özümə rəqib görmürəm.
-Hər insanın istər sənətdə istərsə də həyatda planları olur. Sizin bu sənətlə bağlı planlarınız nədir?
-Sənətimlə bağlı çox böyük planlarım var. İnşallah ayxın gələcəkdə görəcəksiniz.
Adil