"Bakı Kart"ın balansını nə zaman onlayn artırmaq mümkün olacaq? - BNA-dan açıqlama

Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını onlayn artırmaq mümkün olacaq.

Sabahinfo.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər pandemiyaya görə gecikib.

"Ötən il ərzində bu işin həyata keçirilməsi nəzərdə tutulurdu, lakin pandemiyaya görə yubandı. Bu il yekunlaşdırmağa çalışırıq".