7 noyabrda “Dayanıqlı İnkişaf Uğrunda” Gənclər İctimai
Birliyi tərəfindən həyata keçirilən “DiplomaSkills: Gənc diplomatların bilik və
bacarıqlarının artırılması proqramı” layihəsi çərçivəsində I qrup üçün ilk
görüş keçirilib.
Gənclər Təşkilatlarının Resurs Mərkəzində təşkil olunan təlimdə 25 nəfər
iştirak edib. Təlimin əsas məqsədi gənclərin diplomatiya və beynəlxalq münasibətlər
sahəsində biliklərinin artırılması, onların peşəkar ünsiyyət və liderlik
bacarıqlarının inkişaf etdirilməsinə dəstək vermək olub.
Təlim çərçivəsində iştirakçılar beynəlxalq münasibətlər, diplomatik fəaliyyət
və müasir diplomatiyada gənclərin rolu ilə bağlı mövzular ətrafında məlumat əldə
ediblər. Tədris prosesində nəzəri biliklərlə yanaşı, praktiki yanaşmalara da
yer verilib.
Proqram çərçivəsində interaktiv metodlardan, praktiki tapşırıqlardan və
simulyasiya yanaşmalarından istifadə olunması iştirakçıların müxtəlif
diplomatik situasiyaları təhlil etməsinə və mümkün həll yolları üzərində işləməsinə
imkan yaradıb.
“DiplomaSkills” layihəsinin əsas məqsədi gənclərin diplomatiya sahəsində
bilik və bacarıqlarını artırmaq, onların beynəlxalq münasibətlərdə effektiv fəaliyyətə
hazırlanmasına və liderlik potensialının inkişafına töhfə verməkdir. Hesabata əsasən,
layihə çərçivəsində keçirilən təlimlərdə ümumilikdə gənclərin diplomatiya, beynəlxalq
münasibətlər, liderlik və effektiv ünsiyyət sahəsində bilik və bacarıqları
artırılıb.