Nərimanov RPİ
18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində Vüqar Rəsulova məxsus mağazadan, Rafiq Ağayevə məxsus internet
klubdan məişət əşyaları oğurlamış Bakı şəhər sakini Samir İbrahimov
tutulub.
Sabahinfo.az Daxili İşlər Nazirliyinin məlumatına
istinadla xəbər verir ki, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun,
Bakı şəhər sakinləri Əjdər Məmmədov və Tərlan Qasımovla birgə Elşad Məmmədova
məxsus ofisdən 3 ədəd fotoaparat oğurlaması da müəyyən edilmişdir. Davam
etdirilən əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov və T.Qasımov da
tutulublar.