Qobustanda qəbul

19 Sentyabr 2026 tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində seçicilərlə növbəti qəbul keçirildi.

Görüş zamanı sakinlər qəsəbədəki mövcud vəziyyət, qarşılaşdıqları problemlər və həlli vacib hesab edilən məsələlər barədə fikir və təkliflərini səsləndirdilər.

Daha sonra vətəndaşların müraciətləri fərdi qaydada dinlənildi. Bir sıra məsələlər yerində həll olundu, digər müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlar qarşısında qaldırılması məqsədilə nəzarətə götürüldü.

Görüşdə Qobustan qəsəbə bələdiyyəsinin sədri Osman Qurbanov və Sanqaçal qəsəbə bələdiyyəsinin sədri Zöhrab Babayev iştirak edirdi.

Aydın Hüseynov

Milli Məclisin deputatı