Allahşükür Paşazadə: "Bəzi qüvvələr din pərdəsi altında dövlətimizə zərər vurmaq istəyir"

Bu gün bəzi qüvvələrin gözü Azərbaycanı götürmür.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib ki, həmin qüvvələr dindən istifadə edərək bizə, dövlətçiliyimizə zərər vurmaq istəyirlər: "Din pərdəsi altında ölkəmizdə terror hadisələri törətmək istəyirlər. Ancaq biz heç zaman buna imkan verməməliyik, diqqətli olmalıyıq, təbliğat işlərini gücləndirməliyik".