“Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir” - Qurban Yetirmişli

"İsmayıllıda baş vermiş zəlzələlər çox da güclü zəlzələ deyil. Bu, çox güclü olmayan, amma hiss olunan zəlzələdir”. Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli İsmayıllıda baş vermiş zəlzələlərə münasibət bildirərkən deyib.

 

O bildirib ki, İsmayıllıda bu cür təkanların baş verməsi gözləniləndir: "Hazırda o zonaya xas olan bir proses gedir. Digər seysmogen zonalara nisbətən Şamaxı-İsmayılı aktiv zonadır”.

 

Q. Yetirmişli qeyd edib ki, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.

 

Qeyd edək ki, İsmayıllı rayonunda bir gündə iki zəlzələ baş verib. Zəlzələlər 3 bala qədər hiss olunub.