İyun ayının 15-dən etibarən çimərlik mövsümünə rəsmən start verilir. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümündə vətəndaşların xoşagəlməz hallarla üzləşməməsi, mavi Xəzərdə bədbəxt hadisələrin qarşısını alınması üçün tədbirlərə start verib. May ayının qızmar günəşi altında fəaliyyət göstərən xilasedicilər, dalğıclar və ümumiyyətlə xidmətin əməkdaşları məlumat lövhələrinin qurulması, yenilənməsi, dəniz dininin təmizlənməsi, təhlükəsizliyin təmin olunması yönündə işlər aparır.

SABAHİNFO.AZ saytı olaraq Bakının Türkan Çimərliyində görülən işlərlə yerində tanış
olmaq üçün sözügedən ərazidə olduq. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda
Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi,
daxili xidmət mayoru Akşin Əlili ilə "Azərbaycan” Nəşriyyatından Türkan
Çimərliyinə qədər etdiyimiz söhbət əsnasında məlum oldu ki, hazırda mövsümə
hazırlıq işləri plana uyğun olaraq həyata keçirilir. Çimərlik ərazilərində
çalışan işçilər isə iyun ayının 10-dan etibarən xidmət rəisinin müvafiq əmri
ilə gücləndirilmiş iş rejiminə keçirilir.
A.Əlili deyir ki, ümumilikdə Azərbaycanda çimərlik ərazilərində bədbəxt
hadisələrin qarşısını almaq üçün bir sıra tədbirlər görülür. Bu tədbirlərin ən
önəmlisi maarifləndirmədir. İlk öncə çimərlik ərazilərində məlumat lövhələri
qurulur. Bu lövhələrdə bir sıra nüanslar öz əksini tapır: "Bu lövhələr Nazirlər Kabinetinin 216 salyı qərarına əsasən, su
obyektlərindən istirahət və idman üçün əsasnamənin 2.6-cı bəndində
çimərliklərin təşkili, saxlanılması və istifadəsi qaydalarına uyğun olaraq
hazırlanır. Lövhələrdə "Küləkli havada dənizə girmək qadağandır!” ifadəsi var.
Bu, küləyin sürəti 10 M/saniyədən çox olduğu təqdirdə tətbiq olunur. Eyni
zamanda lövhələrdə "Spirtli içki qəbul edib dənizə girmək qadağandır!”, "Çimərlik
ərazisini məişət və digər tullantılarla çirkləndirmək qadağandır!”, "Çimərlik
ərazisində balıq ovlamaq qadağandır!”, "Çimərlik ərazisində quraşdırılan
qurğuların, xüsusi nişanların üzərinə çıxıb suya baş vurmaq qadağandır!”, "Çimərlik
ərazisində xüsusən 13 yaşdan aşağı olan uşaqları nəzarətsiz qoymaq qadağandır!”,
"Çimərlik ərazisində məhdudlaşdırıcı nişanları ötüb keçmək qadağandır!” kimi
məlumatlar öz əksini tapır”.

Xidmət sözçüsü onu da dedi ki, çimərlikdə istirahət 9:00-dan 20:00-a qədər
təhlükəsizdir. Eyni zamanda "Qızmar günəş altında fasiləsiz olaraq dayanmaq
qadağandır”! kimi maarifləndirici lövhələr də çimərliklərdə quraşdırılır.
Ümumilikdə maarifləndirici lövhələrin xidmət işinin təşkilində mühüm rol oynadığını
bildirən A.Əlili vətəndaşları lövhələrdə yer alan məlumatlara və ən əsası
nəzarətçilərin çağırışlarına əməl etməyi tövsiyə edib.
O, həyata keçirilən maarifləndirmə işinin Bakı Metropolitenində və Bakı
Nəqliyyat Agentliyinin çimərlik əraziləri üzrə hərəkət edən marşrutlarda
çimərliklərdə təhlükəsizlik və davraniş qaydaları haqqında məlumatların
yerləşdirilməsi üçün artıq məktublar göndərilib.
İşçi heyətinin
təkmilləşdirilməsindən danışan həmsöhbətim qeyd etdi ki, xidmətin daha
keyfiyyətli təşkili üçün matros xilasediciləri üçün müsabiqə elan olunub.
Müsabiqəyə adətən həqiqi hərbi xidmət keçmiş, yaşı 18-40 arası və üzmək
bacarığı olanlar dəvət olunur. Müsabiqədən uğurla keçmiş şəxslər xidmət
tərəfindən 1 həftəlik kurslara cəlb olunur. Bu kursu da uğurla başa vuran
matros xilasedicilər xüsusi sertifikatla təmin olunaraq xidmətə buraxılırlar.
Onların vəzifəsi hər hansı suda boğulmaq təhlükəsi ilə üzləşən şəxsi sudan çıxarmaq, maarifləndirici
lövhələrin tələblərini onların diqqətinə çatdırmaqdır.

Ümumi işin təşkili
məsələsinə toxunan A.Əlili bildirdi ki, xilasedicilər yalnız özləri üçün
ayrılmış ərazidə həm vizual,
həm də məhdudlaşdırıcı nişanların dənizə doğru hissəsində su nəqliyyat vasitəsi
ilə hərəkət edəcərək müşahidə aparırlar: "Məhdudlaşdırıcı
nişanlar 1, 75 hündürlükdə quraşdırılır. Bəzi hallarda çimərlik ərazisində olan
gənclər bu nişanları ötüb keçmək istəyir. Hətta bunu özləri üçün fəxr hesab
edirlər. Belə olan halda ərazidə xidmət aparan nəzarətçi həmin şəxsləri
məlumatlandırır. Bəzi halalrda isə xilasedicilərlə mübahisələr olur, xidmət
əməkdaşları təhqirlərə məruz qalır. Vəziyyət çətinləşəndə Post Patrul Xidmətinə müraciət olunur. Və həmin şəxs
çimərlik ərazisindən uzaqlaşdırılır”.
Ölkə üzrə ümuimən
35 xilasetmə məntəqəsi, 8 dalğıc axtarış quruplarının xidmət göstərdiyini qeyd
edən A.Əlili bu xidmətin Bakı ilə yanaşı regionlarda da eyni qayda ilə həyata
keçirildiyini bildirdi: " Ötən il yeni
10 ədəd xilasedici qayıq, 40 dərs dalğıc avadanlıqları, xidmətin balansına verilib. Texnika və vasitələri ilə
tam formalaşdırılıb. Biz 2018-ci ilin sonunda suda baş vermiş bədbəxt
hadisələrin təhlilini apardıq və təhlil nəticəsində muəyyən etdik ki, bəzi ərazilər var
ki, o ərazilərdə xilasetmə texnikaları yoxdur. Həmin ərazilərə ən yaxın
məntəqələrimiz uzaq olduğundan ölümlə nəticələnən bədbəxt hadisələr baş verir.
Hazırda əlavə olaraq Şüvəlanda 2 xilasetmə məntəqəsi, Astarada 1 xilasetmə
məntəqəsi, Səmkir rayonunda 1 dalğız axtarış qrupu fəaliyyət göstərir.
Ümumiyyətlə,
onu qeyd edim ki, bu işlərin həyata keçirilməsi nəticəsində indi 50 metrdən
bir 1 nəzarətçi var. Bir məsələni xüsusi
qeyd etmək istəyirəm: biz
çimərlik mövsümünə öz xidməti ərazilərimizdə sualtı baxışlar həyata keçiririrk.
Bildiyiniz kimi, Xəzər dənizində olan güclü küləklər nəticəsində dalğalar
dənizin dibində yarğanlar, dəliklər əmələ gətirir.
Bizim dalğıclar həmin əraziləri xüsusi nişanlarla nışanlayırlar. Özəl
çimərliklərdə belə bir baxış həyata keçirilmir deyə həmin ərazilərdə bədbəxt
hadisələr baş verir. 2018-ci ildə 73 ölüm hadisəsi nəzarətsiz və özəl çimərlik
ərazilərində baş verib. Bizim xidməti ərazilərdə bir dənə olsun ölüm hadisəsi
baş verməyib”.

A.Əlili xidmətin
çətinliklərindən danışıb. Bildirib ki, işə ən böyük maneə içkili vətəndaşlar
tərəfindən yaradılır. Belə ki, içkili vətəndaşlar nəzarətçilərin sözünə,
nişanların üzərində olan məlumatlara riayət etmir.
Türkan Sularda
Xilasetmə Məntəqəsinin rəisi Amil Qədirov ərazidə 2005-ci ildən fəaliyyət
göstərdiyini bildirdi. Onun sözlərinə görə, xidmət etdiyi müddətdə bu
çimərlikdə heç bir bədbəxt hadisə baş verməyib. İşə böyük həvəs və coşğu ilə
yanaşan A.Qədirov işçi heyətinin fəaliyyətinə şəxsən nəzarət edir, tapşırıq və
tövsiyələrini verirdi.
Sonda onu da bildirək ki, artıq özəl çimərliklərdən olan Amburan və Bilgəh Beach çimərlikləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə çimərlik ərazisində təhlükəsizliklə bağlı əməkdaşlıq haqqında sənəd imzalayıb. Yaxşı olar ki, digər özəl çimərliklər də bu kimi əməkdaşlığa hazır olsunlar.
Ədil Ədilzadə
SABAHİNFO.AZ