"Azəristiliktəchizat" ASC istilik və isti su üzrə tariflərin artırılmasına ehtiyac görmür. Sabahinfo.az xəbər verir ki, bunu Trend-ə ASC-nin sədr müavini İlham Mirzəliyev deyib. Onun sözlərinə görə, tariflərin dəyişməsi prinsipcə Tarif (Qiymət) Şurasından asılıdır: "Lakin biz istilik və isti su tariflərinin artırılması xahişi ilə Tarif Şurasına müraciət etməmişik və yaxın gələcəkdə də bu məsələ gündəmdə deyil"