Dekabrın 18-də Azərbaycan Texniki Universitetində Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, qiymətləndirmə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi və "Allianz MMC” tərəfindən aparılacaq.
Qiymətləndirmənin keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və iş� � qəbulu qaydalarının tətbiqi zamanı yararlanmaqdır.
Bildirək ki, qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələ üzrə keçiriləcək. Birinci mərhələdə iştirakçılara 110 sual təqdim edilməklə onların informasiya t exnologiyaları, məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İmtahanın müddəti 120 dəqiqə müəyyən edilib.
İkinci mərhələdə isə namizədlərin dil bilikləri, nitq qabiliyyəti və tibbi-psixoloji durumu qiymətləndir iləcək.