Moskvada Azərbaycan Rusiya əlaqələrinin 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib!

Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin humanitar layihəsinin iştirakçıları ölkələrimiz arasındakı humanitar münasibətləri yüksək qiymətləndirib, diaspor siyasətindəki uğur və problemlərdən danışıblar. Qarabağ münaqişəsi də elmi məruzələrin mövzusu olub. Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinde (MGİMO) Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik mərkəzinin təşkilatçılıgı ilə Azərbyacan ve Rusiya humanitar əlaqələrinin 25 illiyinə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Qeyd edək ki, tədbir Rusiya Beynəlxalq Araşdırmalar Asossasiyasının təşkil etdiyi "Rusiyanın 25 illik xarici siyasəti” adlı Konventin tərkibində keçirilib. Dəyirmi masada bir sıra görkəmli şəxslər, dövlət xadimləri, ictimai xadimlər, o cümlədən jurnalistlər iştirak edib. Azərbyacan-Rus Mədəniyyət və Həmrəylik mərkəzinin nümayəndəsi İsmayılov Ramil Nurəddin oğlunun və Rusiyanın tanınmış politoloqu, Rusiya Federasiyasının Ictimai Palatasının rəhbər işçilərindən biri olan Sergey Markovun moderatorluq etdikləri tədbirdə Rusiyanın və Azərbaycanın bir sira ekspert, alim və ictimai xadimleri iki ölkə arasındakı humanitar əlaqələrin inkişaf edə bilməsi üçün həll edilməsi lazım olan məsələlərdən danışmış, xalqlar arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün təkliflər ediblər.

Tədbirin başlanğıcında, 7 illik fəaliyyətləri ilə Azərbaycan-Rusiya əlaqələrinə verdiyi töhvələri və iki xalq arasındakı münasibətlərin uzun tarixinin olduğunu qeyd edən Mərkəzin icraçı direktoru Şükürov Mehman Faxrəddin oğlu dəyirmi masanın vacibliyini vurğulayıb.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markovun mövzu haqqında geniş məruzəsindən sonra iştirakçılar, ekspertlər öz məruzələri ilə geniş çıxış ediblər. Azərbaycanlı ekspertlərin fikrincə Rus filmlərində Azərbaycanın "İkinci Dünya Müharibəsindəki” rolu məsələsi, müxtəlif səhnələr və qəhrəmanlar vasitəsilə qabardılsa, bu xalqlararası münasibətlərə böyük töhvə vermiş olar. Rusiya mediyasında Qarabağ mövzusunun birtərəfli işıqlandırılması məsələsini isə Azərbaycanın diaspor təşkilatının zəif fəaliyyətinin nəticəsi müstəvisində qiymət verilib. Qeyd edək ki, dəyirmi masada, Lider tvnin Moskvadakı şef müxbiri, filologiya elmlər namizədi Anar Həsənov, Siyasi araşdırmalar institutunun direktor müavini Darya Qrevtsova, mədəni araşdırmalar institunun direktor müavini Yevgeniy Baxrevskiy, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin iqtisadiyyat üzrə müəlliməsi Anna Makarenka, Rusiya jurnalistlər birliyinin üzvü Səadət Qədirova, Azərbaycan Prezidenti yanında siyasi araşdırmalar mərkəzinin elmi işçisi Nəcibə Mustafayeva və postsovet araşdırmaları mərkəzinin elmi işçisi Elnur Mehdiyev kimi bir sıra görkəmli şəxslər öz məruzələri ilə iştirak ediblər. Tədbirdə Azərbaycan Rusiya Humanitar əlaqələri ilə bağlı bir sıra fikirlər səslənib. O cümlədən hazırki problemlərə də toxunulub. Təbii ki, əsas problem olan Dağlıq Qarabağ mövzusuna da geniş yer verilib. Sergey Markov danışıqlar prosesinin ləngiməsində Ermənistan tərəfini günahlandırıb. Ancaq bu münaqişənin də tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Markov öz çıxışında Rusiyanı bu münaqişənin həllində daha da aktiv olmağa çağırıb. Əlaqələrin bundan sonra daha da inkişaf etməsi üçün təkliflər irəli sürülüb. Lider tvnin Moskvadakı şef müxbiri Anar Həsənov isə öz çıxışında Diaspora təşkiltlarının iki ölkə arasındakı inkişafına nece töhvə vere biləcəyindən, bir sözlə Diaspora təşkilatlarının vacibliyindən söz açıb.

Tədbir maraqlı çıxışlarla davam etib. Sonda isə xatirə şəkli cəkdirilib.