Nigar Şəmsəddin - Səni xəyalda tapdım

Səni xatırladım 

Səni xatırladım, sənsiz olanda, Səni xatırladım, güllər solanda. Səni xatırladım, qəlbim dolanda, Səni itirdiyim o gün, o andan.

Gözlərim yolunda, gözlədim səni, Hər gəlib-gedəndən gözlədim səni Gəlmədin, gəlmədin unutdun məni, Bir xatirə oldun mənə o, andan

Sənsizəm

Nədən oldu bu ayrılıq , Düşdük həsrətin oduna Həsrət qalıbdır eşqimiz, Hicran salıbdı toruna. Yollarımız ayrılıbdı, Elə bilmə ki dərdsizəm, Artıq əzizim mən sənsizəm.

Darıxdım

Yenə darıxdım sənsiz, Xəyalım yanındadır. Sən başqa bir xəyalda, Həsrətin canımdadır. Mən səndən çox uzaqda, Sən mənim yanımdasan. Xəyalınla əylənnəm, Gecedə yuxumdasan. Xəyalın qovur məni, Səni xəyalda tapdım.
Bilirsənmi əzizim,
Sənsiz necə darıxdım

Xatırlayıram

Bir ağac kölgəsində, Səni xatırlayıram. Sığınıb xəyalıma, Ötən günlərim üçün. Düşünüb ağlayıram. Xəyal yorsa da məni Eşqimdən yorulmaram, Bir ağac kölgəsində,
Səni xatırlayıram.

 

O sənin deyil

Mən səni sevdiyimi Heç zaman bilməyəssən Bu sevgimlə nə vaxtsa Əylənib gülməyəssən Bu gün mən  bilmişəm ki Sən başqasını sevirsən O qızın sevdiyi var Sən bunu bilə-bilə Yenə onu sevirsən Nigar  Şəmsəddin Nə verdin mənə Mən səni dəli olacaq qədər sevdim , Sənə şeirlər həsr etdim. Hər şeiri sənə oxudum, Qəlbinə yol tapar deyə. Bəs sən, Əvəzində nə verdin mənə. Əbədi bir həsrət, Heç dönüb baxdınmı. Tərk etdin məni, Bir gedışinlə. Özün bilə-bilə bunu etdin,
Məni tərk edib getdin.

Getmə

Getmə uzaqlara mənsiz, Qəlbim yoxluğuna dözməz Məni duymadın Məni anlamadın Qəlbimlə bacarmıram Sənsiz səni axdarıram Hər yerdə Sən məni başqasına dəyişsəndə Mən dəyişə bilmirəm
Aylarımı illərimi də tək başa vuracam

Bilirsənmi

Necə keçir bilirsənmi, Sənsiz ötən anlarımı Günüm keçir qəm-qüssədə, Səni düşünəndə  mən. Dəyişdinmi məni yada, İndi əylənirsən onunla. Heç düşünmürsənmiki sən, Etdiklərin günahı ilə . Səni bağışlayarammı mən? Əsla yox . Amma mən səndən , Uzağlara Gedə bilmədim. Sənsiz ötən günlərimə, Birdə sənə ,
Ləhnət olsun dedim