Nobel
mükafatı bildiyimiz kimi, kimya, fizika, tibb-fiziologiya, ədəbiyyat, sülh və
iqtisadiyyat sahələri üzrə təqdim edilən ən ali mükafat sayılır. Mükafatın
təsisçisi kimyaçı, tacir, milyarder Alfred Nobel olmuşdur.Mükafatın yaradılma
səbəbi isə Alfred Nobelin özü haqqında qəzetdə gördüyü bir başlıq
olmuşdur.Qardaşı Lüdviq Nobelin ölüm xəbərini fransalı jurnalist səhv anlayaraq
Alfred Nobelin ölümü kimi başa düşüb.Bununla bağlı öz məqaləsində bu xəbəri
"Ölüm taciri dünyasını dəyişdi” kimi təqdim edib.Jurnalistin Nobeli "ölüm
taciri” adlandırmasının səbəbi isə dinamitin kəşfi idi. A. Nobel məlum olduğu
kimi, bu partlayıcı maddəni kəşf etmiş və bunun satışından da xeyli gəlir əldə
etmişdi. Bu səbəblərdən dolayı o dövrlərdə Nobelə "ölüm taciri” ləqəbi
qoyulmuşdu. Bu pis şöhrətdən qurtulub arxasında yaxşı bir miras qoymaq adına A.
Nobel vəsiyyətnamə yazaraq sərvətinin
böyük qisminin öz adına bir mükafatın tərtib edilməsi üçün ayırlmasını
vəsiyyət edir. Vəsiyyətnamədə mükafatların
hansı sahələr üzrə, hansı şərtlər daxilində verilməli olduğunu, mükafatı hansı
qurumların verəcəyini, mükafatın maliyyə mənbəyinin necə təmin olunacağını və
s. hamısını qeyd edir. Vəsiyyətnaməyə əsasən, mükafatı elm sahələri üzrə İsveç
Kral Elmlər Akademiyası, sülh mükafatını isə Norveç Nobel Komitəsi təyin
etməlidir.Mükafatın dəyəri isə bir medal, diplom və təxminən 1.5 milyon ABŞ
dolları məbləğində pul vəsaitini əhatə edir.Mükafatın maliyyə olaraq daimi
şəkildə təmin edilmə mexanizmi isə Nobel fondunun ortaq olduğu və hissədar
olduğu şirkətlərin gəlirlərindən gələn illik faizlər əsasında qarşılanmalıdır.
(Şəkil 1. Alfred Nobel)

Mükafatın
təsis edilməsi ilə bağlı standart məlumatları təqdim etdim.İndi isə gəlin bu mövzu
ilə bağlı maraqlı bəzi məqamlara göz gəzdirək.Alfred Nobelin gəlir mənbəyi nə
idi və Nobel fondu necə qurulmuşdu?
A.
Nobelin atası 1842-ci ildə Finlandiyadan Rusiyaya köçür. İmkanlı olan ailə bir
müddət kasıblasa da, Krım müharibəsində ordunun mina ehtiyacını qarşılayaraq
yenidən zəngin olur. A. Nobelin atası yaxşı təhsil alması üçün onu xaricə
göndərir. A. Nobel xüsusi müəllimlər tərəfindən yetişdirilərək bir neçə xarici
dili mükəmməl öyrənir, ədəbiyyata meyil edir. Lakin daha sonra kimya ilə maraqlanmağa
başlayır.Kimya təhsili üçün bir neçə ölkəni gəzdikdən sonra Parisdəki tanınmış
kimyagər T.J.Pelouzenin labaratoriyasında nitroqliserinin ixtiraçısı Askanio
Sobrero (Ascanio Sobrero) ilə birlikdə araşdırmalar aparır.Krım müharibəsi
bitdiyinə görə silah sifarişi də sona çatır və Nobel ailəsi yenidən müflis
olur.Ailə Stokholma qayıdır, Robert və Lüdviq Nobel Qardaşları isə Peterburqda
qalırlar.Nitroqliserin üzərində apardığı araşdırmalarda baş verən partlayış
zamanı bacısı Emili (Emily) və 4 nəfər həyatını itirir.Lakin A. Nobel
araşdırmalarına davam edib, nitroqliserini idarə edilə bilən hala salaraq
dinamit partlayıcısını yarada bilir.Bu partlayıcının patentini alır.Növbəti
illərdə yeni bir partlayıcı barut kəşf edir. A. Nobel bu illər ərzində 355 patent
alır. 20 fərqli ölkədə 100-ə yaxın şirkət qurur.Bu şirkətlərin hamısı silah və
partlayıcı istehsal edirdi. O dövrdə bir çox ölkənin silah və partlayıcı
ehtiyacı A. Nobelin şirkətləri tərəfindən qarşılanırdı. Rusiyada qalan Robert
və Lüdviq qardaşları isə A. Nobelin dinamitlərindən istifadə edib neft
yataqları tapmağa nail olmuşdular. Nobel qardaşları Rusiyada, Azərbaycanda və
başqa bir çox ərazilərdə neft çıxarmaqla məşğul idilər, A. Nobel isə patentini
aldığı partlayıcılar və qurduğu silah və partlayıcı istehsal edən şirkətləri
hesabına milyarder olmuşdu.
Nobel
mükafatını verən Nobel fondu isə Nobel qardaşları tərəfindən qurulmuşdu.O Nobel
qardaşları ki, 1800-cü ilin sonlarında Bakıda "BraNobel” adlı bir neft şirkəti
qurmuşdular. O illərdə Rotşild (Rothschild)
tərəfindən qurulan "BNİTO” və Rokfeller (Rockfeller) tərəfindən
qurulan"Standart Oil” adlı neft şirkətləri ilə birlikdə çalışan Nobel
qardaşları Bakıdan hər yerə neft daşıyırdılar. 1900-ci illərdə bütün dünyada
Bakı neft məhsulları satılırdı. Yəni nəticə etibarı ilə Nobel Fondunun
mükafatlarının faizlərini təmin edəcək o qurumların sahibləri olan Rotşild və Rokfeller, yəqin ki, sizlərə də tanış gəldi. Bu şəxslərin
XX əsrin formalaşmasındakı və milyonlarla insanın ölümündəki rolunu nəzərə alsaq, bu şəxslərin bu mövzuya
aidiyyatının mənasını anlaya bilərik.
(Şəkil 2.Bakı XX əsrin əvvəli. Nobel Qardaşlarının Bakıdakı neft quyuları)

Nobel
Fondunun ortaya çıxma tarixi barəsində ona görə məlumat verdim ki, Nobel Sülh
mükafatının qəribə təltiflərinin hikmətini anlamaq bizə biraz asanlaşsın.Nobel
Sülh mükafatının təltif edilmə qaydasına görə, mükafat "xalqlar arasında qardaşlığın təbliği, daimi qoşunların
azaldılması, yaxud tamamilə aradan qaldırılması və ya sülh konqreslərinin keçirilməsinin
irəli sürülməsi və həvəsləndirilməsi sahəsində görülmüş ən yaxşı işlərə
görə" verilir. Lakin gəlin tarixdə və son illər ərzində Nobel mükafatı ilə
təltif edilmiş, yaxud bu mükafata namizəd göstərilmiş maraqlı şəxslərlə tanış
olaq.
Hitler
(Şəkil 3. Nobel Mükafatının rəsmi saytında Hitlerin namizədliyi ilə bağlı müraciət)

Hitlerin
necə bir qatil olması, milyonlarla insanı öldürməsi, dünyaya gətirdiyi
müharibələr və s. haqqında ətraflı məlumat yazmağıma, yəqin ki, ehtiyac yoxdur,
bu barədə hər kəs məlumatlıdır. Maraqlı olan isə 1939-ci ildə Hitlerin Nobel
sülh mükafatına namizəd göstərilməsi və müəyyən Qərbli çevrələr tərəfindən bu
namizədliyin dəstəklənməsi olmuşdur.E.G.C Brandt adlı İsveç Parlamentinin deputatı
1938-ci ildə Hitleri Nobel Sülh mükafatına namizəd kimi göstərmişdir.Bu barədə
Nobel mükafatı laureatının rəsmi saytında da məlumat yerləşdirilmişdir.Saytdakı
məlumatın şəklini məqalədə də görə bilərsiniz.
Bu
namizədliklə bağlı o dövrdə "New York Times”, "Times” və s. media orqanlarında dəstək məqalələri
yazılsa da, Hitlerə mükafat verilməmişdir.
Teodore Roosevelt
Amerikan
tarixində müharibələrlə yadda qalan bir prezident olan Ruzveltə 1906-cı ildə Nobel Sülh mükafatı verilmişdir.
Prezidentlik dövrünün böyük qismini müharibələrlə keçirib, sadəcə bir sülh
müqaviləsində tərəf kimi çıxış etdiyi üçün belə bir mükafatla təltif olunması
biraz ironikdir.
Wodroow Wilson
Vudro
Vilson müharibədən öncə bu mükafata layiq görülmüş olsa da, o dövrə qədər
etdiyi silah satışları ilə bu mükafata çox uzaq biri olduğunu göstərmişdi,
əslində.
Corc Bush və Tony Blair
(Şəkil 4. Corc Buş və Toni Bleyr)

2004-cü
ildə İraqdakı sözdə "kimyəvi silahları” zərərsizləşdirdiyi, terrorizm təhdidini
və beynəlxalq problemləri "sülh yolu” ilə həll etdikləri üçün İraqda müharibə
başladıb 2 milyondan çox insanın ölümünə səbəb olan və bir ölkəni işğal edən bu
iki tanınmış şəxs Nobel Sülh mükafatı verilməsinə namizəd
göstərilib. Həm də Alfred Nobelin bu mükafat üçün ixtiyar sahibi təyin etdiyi
Norveç Parlamentinin bəzi üzvləri tərəfindən.Halbuki İraqda kimyəvi silahlar
yox idi.Bunu Toni Bleyr də, Buş da bilirdi.Kimyəvi silahlar böyük bir yalan
idi.Müharibəni başlada bilmək üçün uydurulmuş böyük bir yalan.Bunu bu
yaxınlarda Bleyrin özü də etiraf edərək üzr istədi. Lakin maraqlı
məqamlardan biri də budur ki, müharibədə
ölən milyonlarla iraqlıdan deyil, sadəcə orada ölən ingilis əsgərlərin
valideyinlərindən üzr istədi və eyni zamanda verdiyi qərardan peşman olmadığını
da dedi. Beləliklə də, İraqdakı insanları insan olaraq görmədiklərini, sırf o
ölkəni işğal etmək üçün müharibə törədib milyonlarla insanı öldürdüklərini,
milyonlarla insanı da şikəst qoyduqlarını, bütün İraqı məhv etdiklərini etiraf
etmiş oldu.Eyni zamanda bu etirafın başqa bir tərəfi də, 11 sentyabr
hadisələrinə dayanır.İraq müharibəsi bu hadisə ilə başladı.Toni Bleyrin
etirafına əsasən, onların İraqda hansısa kimyəvi silah deposu barədə
məlumatları yox idi və ümumiyyətlə,orda belə bir silah anbarı da
aşkarlanmamışdı.Mütəxəsislərin araşdırmalarına görə də, 11 sentyabr terroru da
məhz bu müharibəyə səbəb yaratma cəhdlərindən biri idi.Yəni bu insanlar öz
xalqına qarşı süni terror aktı təşkil edərək İraqa hücum bəhanəsini hazırlamaq
məqsədi ilə və buna xalqda razılıq yaratmaq üçün minlərlə vətəndaşının ölümünə
razılıq verəcək dərəcədə "sülh” tərəfdarı idilər.
Barak Obama
(Şəkil 5. Barak Obama)

Bir çox
insan tərəfindən davranışları, intellekti insanlarla rahat ünsiyyətcilliyinə görə
Obamaya qarşı sevgi duyulur. Obama məşhurluq, dəstəklənmə və s. baxımından
Amerikanın ən öndə gələn prezidentlərindən biri oldu.Lakin sülh məsələsində də
kamera önündə göstərdiyi qədər bacarıqlı idimi?Statistikalara əsasən, xeyir.
Obama 8 il prezidentlik etdi. Prezident seçkilərində seçicilərə verdiyi vədlər
var idi.Vədlərin içindəki ən əhəmiyyətli maddələr, silah-sursatın azaldılması,
sülh sahəsində işlər görüləcəyi, İraq və Əfaqnıstandakı amerikan varlığına son
qoyulacağı, müharibənin sona çatacağı idi.Bu vədlər gerçəkləşdimi?
Nəinki bu
vədlər gerçəkləşdi, əksinə Amerika Obamanın dövründə vəd verdiyi sahələrdə daha
da geriyə getdi.Obama hökümətinin rəhbərliyi ilə ABŞ təkcə 2016-cı ildə başqa
ölkələrə saata 3 bomba atıb. Günə 72, həftəyə 504, ilə isə 26 172 bombalama
deməkdir. Bir il ərzində ABŞ bu qədər bombanı 7 ölkəyə atmışdır. Bu bombaların
93% -i Suriya və İraqa atılmışdır.Bu bombalar nəticəsində isə ölmüş, zərərçəkmiş
insanların sayını, hesabını təxmin etmək çox çətindir. Obama müharibəyə son
qoyacağını söz verdiyi halda, arxasında dronlarla, bombalarla, hava hücumları
ilə müşaiət olunan müharibə ilə keçən 8 ili miras qoydu. Sonda isə digər bütün
Amerika prezidentlərindən daha çox müharibəyə zaman sərf edən Obamaya da Nobel
Sülh mükafatı təqdim edildi.
Mixail Qorbaçov
Mixail
Qorbaçov da Nobel Sülh mükafatına layiq görülmüş şəxslərdən biridir.Qorbaçovun
Nobel Sülh mükafatına nə qədər layiq olduğunu müzakirə etməmişdən öncə sizə
Qorbaçovun adı ilə bağlı bir bənzətmədən nümunə vermək istəyirəm.
Elm
aləmində hansısa fikrindən, əqindəsindən dönən insanlara adətən o sahənin
Qorbaçovu deyirlər.Bir nümunə verim; təkamül fərziyyəsi içində növlərin
təkamülünü klassik darvinizmdən, yəni mərhələli şəkildə təkamül fərziyyəsindən
başqa birdən-birə, anidən dəyişilmə - "Sıçrayışlı təkamül fərziyyəsi” modeli var. Bu modeli 1970-ci ilin
əvvələrində tanınmış təkamülçülər Nayls Eldrik və Stefen Cey Quld ortaya
atmışdılar. Təkamül fərziyyəsinə görə, canlılar təkamül keçirmişdilərsə,
palentoloji qalıqlar arasında bunun milyonlarla nümunəsi tapılmalı idi. Lakin
paleontoloqların tapdığı 600–700 milyon fosilin arasından bircə dənə də olsun
Darvinin "mütləq tapılmalı olduğu"nu dediyi "ara-keçid
formaları" tapılmırdı. Bu boşluğu görən Stefen Cey Quld və Nayls Eldrik də
təkamül fərziyyəsinin bu müəmmasına alternativ bir cavab tapmaq üçün iddia
etdilər ki, bəs canlılar, əslində, mərhələli deyil, "sıçrayışlı”, yəni
birdən-birə təkamül ediblər. Mövzuya aidiyyatı olmadığı üçün fərziyyənin
ətraflı izahını burda verməyəcəm.Lakin genetik olaraq bu yeni izahın da doğru
olmadığı qısa bir müddətdə kəşf olundu.Bundan sonra bir çox klassik
təkamülçülər bu mövzu ilə bağlı S.C. Quldu qınamağa başladılar. Təkamül
fərziyyəsinin ən öndə gələn tənqidçilərindən biri Filip Conson S.C. Quldu "darvinizmin
Qorbaçovu” adlandırdı. Qorbaçov Sovet
İttifaqının kommunist dövlət sistemində çatışmazlıqlar olduğunu düşünərək
sistemdə "islahatlar” etməyə çalışmışdı.Lakin çatışmazlıq hesab etdiyi problemlər,
əslində, sistemin öz təbiətindən irəli gəldiyi üçün kommunizmi öz əllərilə məhv
etmişdilər.
Verdiyim nümunə biraz uzun olsa da, gətirmək istədiyim məqam
bu idi ki, Qorbaçovun tarixdəki yerinin siyasi motivi çox vacib idi.Sovet
İttifaqı Dövləti, təbii ki, sadə formada çökdürülmədi. Məhz Nobel mükafatı da o
"mürəkkəb” siyasi motivin bir qarşılığı ola bilərdi.
Qorbaçov və Sülh mükafatı anlayışına ən zidd olan amil isə
1990-cı il 20 yanvar gecəsi Bakıda azərbaycanlılara qarşı edilmiş soyqrım idi.
Məlum olduğu kimi, Qorbaçovun əmri ilə kommunist Qızıl Ordu 20 yanvar gecəsi
Bakıya daxil olur və dəhşətli bir qırğın törədir. Tanklarla, zirehli hərbi
maşınlarla dolu ordu Bakıya daxil olur, bir gecədə 200 nəfərə yaxın Bakı sakini
şəhid edilir, 1000 nəfərə yaxın insan da ölümcül yaralanır.Bu qanlı qırğının əmrini
Qorbaçov vermişdi.Qorbaçov eyni zamanda sonrakı illərdə Ermənistan – Azərbaycan
arasında Azərbaycanın xeyli sayda ərazilərini itirməsi ilə, minlərlə günahsız
insanının qətlə yetirilməsi kimi böyük faciələrlə yekunlaşan bir münaqişənin əsasını
qoymuş, bu prosesdə rol oynamışdır.Bundan əlavə Qorbaçov Vilnüsdə, Tbilisidə,
Çeçenistanda, Tacikistanda, Abxaziya və Osetiyada da çoxsaylı insanın tələf
olduğu hadisələrin baş verməsinə səbəb olmuşdur.Yəni dolayısı ilə siyasi fəaliyyəti
ilə heç də sülh tərəfdarı bir mövqe sərgiləməmişdir.Bütün bunlara baxmayaraq isə Qorbaçov
Nobel "Sülh” mükafatına layiq görülmüşdür.
Bu
mükafatın Ədəbiyyat sahəsində təltifləri zamanı
da adətən öz ölkələri əleyhində yazılar yazan şəxslərə verildiyini
müşahidə etmək mümkündür.
Mövzunu
digər müəyyən şəxslər, hadisələr əlavə edərək genişləndirmək olar, lakin nəticə
ortadadır.Elm sahələri üzrə təqdim edilən Nobel mükafatları adətən şübhəli
məqamlarla yadda qalmasa da, bu mükafatın sülh üzrə laureatının təqdimində
ciddi problemlərin olduğu dəqiqdir.Bu mükafatın təqdim edilməsinin dərin siyasi
bağları ortadadır.Görünür ki, mükafatı təyin edən qurumlara İngilis Dərin
Dövləti kimi qüvvələrin təsir gücü güclüdür.Bunu necə bilə bilərik?Məqalənin
əvvəlində mükafatı təqdim edən Fondun yaranma prosesindən bəhs
etmişdim.Xatırlayırsınızsa hal – hazırda
Nobel mükafatını təqdim edən Nobel Fondununun əsasını Rokfeller və Rotşild
ailəsinin şirkətlərində hissələri olan
Nobel Qardaşları qoymuşdu. Nobel mükafatının maliyyəsi də Alfred Nobelin silah
şirkətləri ilə Nobel Qardaşlarının hissədarı olduğu Rokfeller və Rotşild
şirkətlərinin gəlirindən gələn faizlər (hissələr) hesabına qarşılanır.Dolayısı
ilə bus u hansı quyuduan gəlir aydındır. Bu təqdirdə "sülh” mükafatının
niyə ən çox müharibə etmiş, qan tökmüş adamlara getdiyinin hikmətini də
anlamaqda çətinlik çəkmirik.
Bu
mövzudan alınacaq dərs :bir qrup siyasi qüvvənin təsiri, yaxud idarəsində olan
bir qurumun təltifi bizim şəxsləri dəyərləndirməyimizə meyar olmamalıdır. Meyar
olaraq bu cür mükafatları seçiriksə, o zaman bu mükafatların çox zaman necə və
nə üçün verildiyini də unutmamaq lazımdır.
Savalan Məmmədli
Mənbələr
1. http://www.nobelprize.org/nomination/archive/show_people.php?id=4220
2. http://news.bbc.co.uk/2/hi/1801773.stm
3. https://wideawakegentile.wordpress.com/2014/01/30/nobel-prize-and-rothschilds/
4. http://kinderflow.blogspot.com/2013/06/rothschild-rockefeller-lenin-and-nobel.html
- http://nobeliana.com/english/articles/adolf_hitler_a_nobel_peace_prize_laureate_/
- http://blog.milliyet.com.tr/hitler-e-nobel-baris-odulu-veriliyordu/Blog/?BlogNo=427602
- https://onedio.com/haber/14-adimda-dinamitin-ve-nobel-odulleri-nin-mucidi-olan-alfred-nobel-in-hayati-609285