Ombudsmanın hesabatı Milli Məclisdə

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2019-cu il üzrə məruzəsi Milli Məclisə daxil olub.

 

Ombudsmanın illik məruzəsi gələn həftə parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq. Komitədə müzakirə olunduqdan sonra məruzə Milli Məclisin plenar iclasına təqdim olunacaq.

 

Məruzəni parlamentin iclasında Ombudsman Səbinə Əliyeva təqdim edəcək.