"Mən ümumiyyətlə hər bir zaman demişəm və bu gün də təkrar etmək istəyirəm ki, bu şəkildə prezidentlərin görüşündən nəticə gözləmək sadəlöhvlük olardı. Mən düşünürəm ki, prezident İlham Əliyev də bu görüşə gedən zaman o da bu görüşün nəticələrinə inanmır. Bəli, təəssüf ki, siyasətdə hər şey düşündüyümüz, istədiyimiz kimi olmur. Aydındır ki, əgər hökumət görüşdən imtina etsə, Azərbaycan tərəfi sülh danışıqlarından imtina etməkdə günahlandırılacaq. Onun üçün də bəlkə prezident bilə-bilə nəticəsiz danışıqlara gedir. Lakin mən düşünürəmki bunun bir çıxış yolu olmalıdır, istənilən halda hər bir problemdən çıxış yolu var”.
Bu sözləri "Talk Tv”-yə prezidentlərin son görüşünü şərh edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Sədr qeyd edib ki, görüşün nəticəsindəbn aslı olmayaraq Ermənistan heç bir halda tutduğu mövqedən geri çəkilməyəcək:
"Azərbaycan isə bir qarış torpağını belə ermənilərə verən deyil. Belə
bir vəziyyətdə, hər iki tərəf mövqeyində dayanaraq görüşlərə gedirsə, təbii ki,
həmin görüşdən nəticə hasil oluna bilməz. Rusiya ya sağol demək olar ki, bu
görüşləri təşkil edir, lakin digər yandanda düşünürəm ki, əgər Rusiya ermənistana
lazım olduğu səviyyədə və qədərində təzyiq və müqavimət göstərsəydi nəticə də
olardı. Əgər Ermənistan qarşısında güc görməsə və yaxud Rusiyanın müqaviməti ilə
qarşılaşmasa heç bir halda heç bir rayonu azad etmək niyyətində olmayacaq. Onun
üçün də heç bir halda biz 6-7 rayonun qaytarılması ilə bağlı başımızın altına
yastıq qoya bilmərik. Azərbaycan konkret addım atmalıdır, Bu konkret addımı mən
bir neçə dəfə demişəm və yenə də səsləndirmək istəyirəm. Azərbaycan özü üçün və
dünya ictimaiyyəti üçün son danışıq tarixini müəyyənləşdirməlidir. Azərbaycan
dekabrın birini son müddət kimi beynəlxalq içtimaiyyətin qarşısında və ermənistanın
qarşısında qoyub. Azərbaycan bu müddətə qədər sülh danışıqlarına sadiqdir və
Beynəlxalq ictimaiyyətdən, Minsk qrupu həmsədr ölkələrindən və eyni zamanda ATƏT üzvü ölkələrindən bir təşəbbüs, nəticə
gözləyir. Əgər onlar bu müddət ərzində Azərbaycanın haqq işində dəstək ola bilməyəcəklərsə,
Ermənistan işğal etdiyi ərazilərdən çıxmayacaqlarsa Azərbaycan o zaman istənilən
addımı atmaq hüququnu özündə saxlayır. Azərbaycan bu bəyanatı verəndən sonra və
bu prinsiplərə sadiqliyini göstərəndən sonra Minsk qrupu həmsədr ölkələri, ATƏT
ölkələri, dünya ictimaiyyəti təbii ki, hərəkətə keçəcəklər”.
4 günlük müharibədən sonra dünya ictimaiyyətinin bu məsələ üzərində fəallaşdığını deyən AXCP sədri bildirib ki, buna qədər dondurulmuş münaqişə adı verilən Qarabağ problemində bütün dünya, özəlliklə Rusiya xüsusi canfəşanlıq göstərməyə başladı:
"Azərbaycana təbii ki, problemin dondurulmasını bunu qəbul etmirdi. Müharibə
başlayandan sonra isə status-kvo götürüldü və artıq bu problem dondurulmuş yox,
istənilən an partlaya biləcək və müharibə vəziyyətinə çata biləcək bir münaqişədir.
Bu baxımdan Azərbaycan bu müddəti təyin edəndən sonra artıq dünya ictimaiyyəti
də müəyyən addım ata bilər və təbii ki, bu demək deyilki Azərbaycan dekabrn
birinə qədər irəli sürüldüyü tələblər yerinə yetirilməyəcəksə həmən müharibəyə
başlayacaq. Amma Azərbaycan artıq öz addımlarına özü cavabdeh olmalıdır və
dünya ictimaiyyəti əgər bunu etmirsə artıq Azərbaycan öz dostları ilə birlikdə
torpaqlarının azad olunması üçün digər tədbirlər və mövqelər, təkliflər və hərəkətlər
üzərində işini aparmalıdırlar. Bunu hətta mən görüşdən öncə də demişdim, ola
bilsin ki, Ermənistan üzərinə hər hansı bir öhdəlik götürüb ki, bir neçə aydan
sonra dyək ki, 5 - 6 rayonu qaytarıram, sonrakı mərhələdə isə dağlıq Qarabağın
ümumilikdə müqəddaratını həll edirik. Amma biz hər zaman görmüşük Ermənistan belə
sözlər verib, sonra sözünün üzərində dayanmır. Əgər dünən Sankt-Peterburqda Ermənistan
prezidenti söz veribsə ki, Dağlıq Qarabağla bağlı kompramist mövqe sərgiləyəcək
və rayonların qaytarılması ilə bağlı konkret addımlar atılacaq, heç kim zəmanət
verə bilməz ki, Sarkisiyan həmişəki kimi bir həftə sonra başqa bir bəyanat verməyəcək,
dağlıq Qarabağa müstəqillik tələb etməyəcək. Onun üçün də mən də təəccüblənirəm
ki, bu gün hansısa müsbət nəticələrdən danışılır. İstənmilən halda Dağlıq
Qarabağla bağlı nə dünənki görüşdən nədə ki, ondan öncəki görüşlərdən konkret
ortada bir fakt olmayana qədər müsbət mənada danışmaq həm yersizdir, həm də mən
hesab edirəm ki, bu mümkün deyildir”.
Razi Nurullayev sonda AXCP-nin irəli sürdüyü "Vahid Qərar Şurası”nın Qarabağ probleminin həllində önəmli rol oynayacağını bildirib:
"Azərbaycan iqtidarı da gücünü xalqdan və Azərbaycanda fəaliyyət göstərən
ictimai-siyasi təşkilatlardan almalıdır. Məhz elə bu yerdə də təklif irəli
sürdüyümüz "Vahid Qərar Şurası” öz yerini tutur. Mən düşünürəm ki, "Vahid Qərar
Şurası” tez bir zamanda formalaşmalıdır və hakimiyyət buna çox ciddi bir siyasi
dəstək verməlidir. Ölkədə ictimai-siyasi təşkilatlar da buna dəstək verməlidir.
"Vahid Qərar Şurası” da Azərbaycanın tale yüklü məsələləri ilə bağlı Vahid Qərarını
açıqlasın. Atıq prezident də, "Vahid Qərar Şurası”ndan, güc alaraq, xalqın dəstəyindən
əmin olaraq danışıqlara rahat getsin”.