Sevinc Məmmədova - ÇƏK MƏNİM ŞƏKLİMİ, ÜRƏYİNƏ ÇƏK...ə

ÇƏK MƏNİM ŞƏKLİMİ, ÜRƏYİNƏ ÇƏK...

Sən mənim şəklimi ürəyinə çək, Bəlkə uzaq ola qəm, ürəyindən... Gəzdir sinən altda, gəzdir tütyətək Qoy səni qorusun dumandan, çəndən…   Sən mənim şəklimi ürəyinə çək, Sevən ürəyinə lap yaxın olum, Sən orda boş yerə kədərlənəndə, Mən burda bulud tək boşalım, dolum...   Qoruyum ağrıdan, acıdan səni, Üzünü, gözünü kədər almasın, Sən mənim şəklimi ürəyinə çək, O sevən ürəyin gücdən qalmasın...   Çək mənim şəklimi, ürəyinə çək, Bəlkə ürəyinin həsrəti bitər... Sənə sirri pünhan, sehri bitməyən, Bir nağıl söyləsin səhərə qədər... 27.11.2016