"Azərbaycanda sığorta sistemi nəinki bərbaddır, həm də insanların əsəb
sisteminin pozulmasının günahkarıdır. Bu barədə hər zaman yazmışıq və demişik,
hökumət isə tədbir görməyib. Bank sistemindən sonra ən bərbad, qeyri-sağlam və
insanların cibinə haqsız girən qurum sığortadır”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədiri Razi Nurullayev başına gələn qəzadan danışaraq ölkədə sığorta sisteminn bərbad durumda olduğunu bildirib. Partiya sədiri bildirib ki, yaşadığı binanın qarşısında dayanan avtomobilinin arxa şüşəsinin üzərinə yuxarı mərtəbədən bir çay nəlbəkisi düşüb, sığorta zülümü də bundan sonra başlayıb:
"Arxa şüşə çilik-çilik oldu. Yəqin ki, yuxarı mərtəbədə çay içənlərin
birinin əlindən düşmüş olmalı. Qəza. Sadəcə qəza, xoşagəlməz hadisə. Məsələni
böyütmədim. Mən də yaza bilərdim, Azərbaycanın bir çox siyasətçilərinin əi göydədir
ki, nəsə bir hadisə olsun, onlar da gündəm yaratsınlar, mənə sui-qəsd var, məni
öldürmək istəyirlər, sığınacaq istəyirəm, kəsdilər, öldürdülər, xilas edin və
s. kimi ifadələr.
Bakı sığorta nümayəndələri gəldi. Üz-gözlərini turşuda-turşuda
"102-yə zəng etmisiniz?" soruşdular. Dedik ki, xeyr. Burada cinayət
hadisəsi yoxdur. Maşının arxa pəncərəsi üzərinə bir nəlbəki düşüb və arxa şüşə
çiliglənib. Yəqin ki, bir uşaq əlindən salıb. Dedilər ki, xeyr. Mütləq 102-yə zəng
etməlisiniz, yoxsa biz heç nə edə bilmərik. 102-yə zəng etdik. Sürücü
yaxınlıqdakı polis idarəsinə gedib bir neçə vərəq izahatı doldurdu, çoxlu sayda
suallara cavab verdi. Nə isə, bu hüquqi proseduralar yerinə yetirilməkdədir.
Qanunla 10 gün araşdırma getməlidir, cinayətkarlar yaxalanmalıdır və s.
Biz anlaşa bildik ki, bunu çox uzatmayın, sadəcə qəzadır. Kağızımızı
verin və biz də gedək sığortaya. Yəqin ki, İnşallah bu gün həll olunar. Məsələ
bunda deyil. Məsələ, sığorta sisteminin vətəndaş üçün gərginlik mənbəyi
olmasıdır”.
"Ümumi baxışım bundan ibarədir ki, sığorta bütün hallarda zərərçəkənin
yanında deyil” deyən Razi Nurullayev bildirib
ki, onlar işlərin düyünə düşməsində, daha da mürəkkəbləşməsində və vətəndaşa
pul ödəməməkdə maraqlıdırlar:
"Birincisi, cinayət və xəsarət alan olmadığı və zərərçəkənin şikayəti
olmadığı halda, vətəndaş nəyə görə polisə zəng etməli, sənəd toplamalı, şəkil çəkməli,
arayış almalı, polisə izahat yazmalı və digər proseduralardan keçməlidir? Məqsəd
onun bezikdirilməsi və sonunda hər şeyə tüpürüb, sığortadan imtina etdirilməsidir.
Məsələn, əgər mənim artıq pulum olsaydı, təbii ki, sürücümün qapılarda
boynu bükük gözləməsinə, mənasız yerə sorğu-sual edilməsinə və üz-gözünü
turşudan Bakı Sığorta əməkdaşlarına dözməzdim. Bakı Sığorta kasko pul ala
bilir, amma nəlbəkinin sındırdığı arxa şüşədən cinayət hadisəsi qayırmaq istəyir.
Nəlbəki qırıntları yerdə və arxa şüşənin də sınığı göz qabağında. İndi mən
qonşularımdan şikayət verməliyəm ki, niyə sənin 7-8 yaşlı uşağın nəlbəkini yerə
atıb? Onları həbsə aldırmaq laızmdır?
Sığorta qanunlarını tam olaraq bilmirəm. Amma, çox yəqin ki, sığorta
qanunlarında və həyata keçirilmə mexanizmlərində böyük çatışmazlıqlar və
qüsurlar var. Bu şəkildə dövlətçilik qurula bilməz, bu şəkildə vətəndaşa
münasibət qurula bilməz. Bir gün daşacaq və sel kimi axacaq. Ya da ölkə tam
ASAN-laşsın. Hər bir idarə ləğv edilsin. Elə parlament də ləğv edilsin. Çünki,
orada oturanların çoxu qanun yazanda və səs verəndə öz biznesini düşünür”.