Türkiyə sərt tədbirlərə əl atdı

Türkiyənin 30 vilayətinə və Zonquldak şəhərinə giriş-çıxış qadağası daha 15 gün uzadılıb.

"Hürriyet” in xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yeni qərarında deyilir.

Bu gecədən etibarən yenidən Ankara, Adana, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonquldaka quru, hava və dəniz yolu ilə giriş-çıxış qadağan olunur.

Qadağaya əməl etməyənlər hüquqi müstəvidə cəzalandırılacaqlar.