Bu gündən bağçaların fəaliyyəti bərpa olunur

Bu gündən məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları fəaliyyətini davam etdirir.

Sabahinfo.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

V.Yaqublu qeyd edib: “Bağçalarda tədris hər gün olacaq, Bakıda, Sumqayıt, Abşeron və digər regionlarda uşaqlar hər gün bağçaya gedəcəklər”.