"Caviar” şirkəti üzərində Rusiya prezidenti Vladimir Putinin təsviri olan, qızıl və brilyantla bəzədilmiş növbəti "iPhone 6s” hazırlayıb.
İKT.lent.az-ın "gazeta.ru”ya istinadən verdiyi məlumata görə, modelə "Supremo Putin Diamante” adı verilib. Smartfonda Rusiya prezidentinin yeni texnologiya ilə hazırlanan barelyefi əks olunub. Fon kimi Rusiyanın dövlət gerbindən istifadə edilib. Gerbin üzərinə brilyant qaşlar düzülüb.
Ümumilikdə 44 model istehsal olunub. Qiyməti 299 min rubldur. Bir nüsxə V. Putinə göndərilib.