Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 210 m2 olan istixana anbarının yanar konstruksiyaları, 2 ədəd generator, 2 ədəd qolf maşını və 2 ədəd BOYLER yanıb. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqda olan istixana yanğından mühafizə olunub. Yanğın saat 21:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.