Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Qon Hi barəsində korrupsiya işinə apelyasiya çərçivəsində yenidən baxılması prosesinə sədrlik edən hakim Sin Çjon O ölü tapılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib.
Məlumata görə, 55 yaşlı kişinin cəsədi yerli vaxtla saat 1 radələrində Seul Ali Məhkəməsinin binası qarşısında aşkarlanıb, həmçinin yanında ölümdən əvvəl yazılan məktub da olub. Polis intihar ehtimalı da daxil olmaqla ölümün səbəblərini araşdırır.
Qeyd edək ki, Cənubi Koreyada ümumi yurisdiksiya işləri üzrə məhkəmə sistemi Ali Məhkəmə də daxil olmaqla, üç səviyyədən ibarətdir. Yanvar ayında birinci instansiya məhkəməsi Kim Qon Hini 20 ay həbs cəzasına məhkum edib. Aprelin 28-də Sin Çjon O cəzanı 4 il azadlıqdan məhrumetməyə qədər artırıb.
Onun üzərində tapılan məktubda bu iş barədə hər hansı xatırlatma yoxdur.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Yun Sok Yol ölkə konstitusiyasını pozaraq Koreya Respublikasında hərbi vəziyyət elan etmiş və buna görə də 2025-ci ilin aprelində prezident vəzifəsindən uzaqlaşdırılmışdı.