Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 326 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 326 990 nəfər yeni koronavirusa yoluxub, 6 573 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 116 874 912, ölənlərin isə 2 597 381 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.