Azərbaycanda koronavirus ocağı olan region var? - RƏSMİ AÇIQLAMA

"Bəzi regionlarımız artıq koronavirus xəstələyindən təmizlənib. Yoluxma halları olan rayonların 25 faizində xəstəlik ocaqları yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

O qeyd edib ki, Azərbaycanda hazırda koronavirusa yoluxanların sayı sağalanların sayını 60 faiz üstələyir:

"Əhali özünü necə qorumağı bilməlidir.Karantin rejiminin yumşaldılmasından sonra hansısa ərazidə yoluxma baş verərsə, bu, karantin rejiminin pozulması nəticəsində ola bilər və yenidən karantin qaydaları sərtləşdirilə bilər”.