FHN-in Dövlət Yanğından Mühafizə Xidməti "Şimal ES" MMC-də yanğın-taktiki təlim keçirib

İri və mürəkkəb yanğınların söndürülməsi zamanı qüvvə və vasitələrin idarə edilməsi üzrə taktiki təfəkkürün və əməli vərdişlərin təkmilləşdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti növbəti yanğın taktiki-təlimi keçirib. "Energetika müəssisələrində yanğınların söndürülməsi” mövzusunda keçirilən təlim "Şimal ES" MMC-də təşkil olunub.

Təlimin keçirilməsindəməqsəd enerji müəssisələrində yanğın zamanı döyüş hərəkətlərinin idarə edilməsini, elektrik stansiyalarında yanğınların söndürülməsini, birinci və sonrakı yağınsöndürmə rəhbərininin yanğın zamanı şəraiti qiymətləndirməsini, düzgün qərar qəbul etməsini və döyüş sahələrində işləyən bölmələrə rəhbərlik edilməsini, şəxsi heyət tərəfindən verilən tapşırıqların təhlükəsizlik qaydalarına riayət etməklə yerinə yetirilməsini məşq etdirmək olub.

Tədbirdən öncə obyektin əməliyyat-taktiki xüsusiyyətləri - yanğının baş verməsinə, inkişaf etməsinə və söndürülməsinə təsir göstərən və ya maneəçilik törədən amillər müzakirə edilib.

Təlimdə çağırış yerinə çatma vaxtı, yanğının xarici əlamətlərinə görə yaranmış şəraitin qiymətləndirilməsi, kəşfiyyatın düzgün və tam keçirilməsi, insanların axtarışının və xilas edilməsinin təşkili, döyüş hərəkətlərinin yerinə yetirilməsi üçün həlledici istiqamətlərin müəyyən edilməsi, birinci yanğınsöndürmə vasitələrinin yeridilməsi qaydaları, əlavə qüvvə və vasitələrin vaxtında çağırılması, onların qarşılanması və obyektin müvafiq xidmətləri diqqət mərkəzində olub. Eyni zamanda yerli qüvvə və vasitələrlə qarşılıqlı hərəkətlərin təşkili, məlumatların yanğınsöndürmə qüvvələrinin idarəetmə mərkəzinə vaxtında və tam ötürülməsi, yanğının söndürülməsi barədə dəqiq, aydın və mütəşəkkil göstərişlərin verilməsi və s. məsələlər də prioritet sahələr kimi diqqətdə saxlanılıb.

Tədbir yanğın-taktiki təlim dinamikasına uyğun keçirilib və qarşıya qoyulan məqsədə nail olunub.

Təlim başa çatdıqdan sonra aparılan əməliyyat tədbirlərinin nəticəsi və təlimin plan üzrə gedişatı DYMX-nin təşkili və peşə hazırlığı şöbəsi tərəfindən müzakirə olunaraq müsbət qiymətləndirilib.