Lökbatan sakinləri yolsuzluqdan əziyyət çəkir

Bakının daha bir qəsəbəsi yol problemi yaşayır.

Oxu.Azxəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, birinci küçənin sakinləri gündəlik gediş-gəliş yolundan istifadə edə bilmir.

Qəsəbə sakini Cəbiyev Toğrul bildirir ki, yağış yağanda yoldakı gölməçələr su ilə dolur.

"Sakinlərlə birlikdə dəfələrlə aidiyyətiqurumlara, eləcə də, Qaradağ rayon İcra başçısına müraciət etsək də, səsimizə səs verən olmayıb. Neçə dəfə öz hesabımıza yolu düzəltsək də, yenidən sıradan çıxıb”.

Məsələ ilə bağlıQaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs iş günü olmasına baxmayaraq, İcra Hakimiyyətində aidiyyətişəxslərin olmadığını bildirib.

"Mən heç nə deyə bilmərəm, qəbul günlərini öyrənin. Yaxınlaşıb qəbula düşün, sualınıza cavab alın”, - növbətçi şəxs qeyd edib.