Nasaz avtomobilərə qarşı ciddi addımlar atılacaq

 Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib.

BNA-dan Sabahinfo.az daxil olan məlumatda bildirilir ki, paytaxt yollarında günün əsasən pik və qeyri-pik saatlarında tıxac və sıxlıq hallarının yaranmasının bir səbəbi də nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalmasıdır.

"Son aylar bu hal özünü daha qabarıq formada göstərməkdədir. Gün ərzində əsas nəqliyyat yükü olan küçə və prospektlərdə ən az 2-3 belə hal müşahidə olunur. Nasaz nəqliyyat vasitələrinə qarşı ciddi addımlar atılacaq.

Elnarə Həziyeva