Xanlar Vəliyev: Silahlı Qüvvələrdə cinayətlərin sayı azalıb

2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50faiz azalıb.

Oxu.Az-ın məlumatına görə, bunu Hərbi prokuror Xanlar Vəliyev keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, 2018-ci illə müqayisədə ötən ilqeydə alınan odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 3,7 faiz, fərarilik cinayətləri 28,6 faiz azalıb:

"2018-ci illə müqayisədə 2019-cu ildə Silahlı Qüvvələrdə qeydə alınmış hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 faiz azalıb. Ötən il qeydə alınmış xuliqanlıq cinayətləri isə 14,3 faiz azalıb”.