YAP-çı vəkil ikili oyun oynayır

91 saylı Ucar seçki dairəsində hakim Yeni Azərbaycan Partiyasının üzvləri öz namizədləri ilə yanaşı rəqib namizədlərə də kömək edir. 

SABAHİNFO.AZ-a daxil olan məlumata görə, sözügedən dairə üzrə deputatlığa namizədliyi hakim partiya tərəfindən irəli sürülən Ramil Həsənlinin vəkili Rahib Rəsulov ikili oyun oynayır. Belə ki, həmin dairədən namizədliyi irəli sürülən Kənan Cəlilovun seçkilərlə görüşünə daha çox adam gətirmək missiyasını üstələnən R.Rəsulov öz vəzifə səlahiyyətlərindən istifadə edib. Məlumata görə, 30.01.2020-ci il saat 16:00-da rayonda yerləşən Əlillər Cəmiyyətində görüşə gələnlərin əksəriyyəti R.Rəsulovun adamları olub. Yaxşı olar ki, Yeni Azərbaycan Partiyası bu məsələni araşdırsın. P.S Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.