"Qısa zamanda üçrəngli bayrağımız Qarabağda dalğalanacaq"

Sentyabrın 27-də Azərbaycana qarşı həyata keçirdiyi təxribatla Ermənistanın terrorçu və faşist mahiyyəti dəyişməz olduğunu, faşist ideologiyasını dövlət siyasətinin prioritetini təşkil etdiyini bir daha ortaya qoymuş oldu.

Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili İltizam Yusifov deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın faşist siyasətini yürütdüyünü cənab Prezident İlham Əliyev də dəfələrlə beynəlxalq tirubunalardan səsləndirərək beynəlxalq aləmdə ifşa edərək, dünya birliyini buna qarşı ciddi adekvat addımlar atmağa şağırıb. "Təəssüflər olsun ki, nə Ermənistan ünvanına səslənən ciddi ittihamlardan nəticə çıxarıb, nə də ki beynəlxalq aləm  bu ölkənin faşist, təcavüzkar siyasətinə qarşı tədbir görüb. Məhz beynəlxalq aləmin Ermənistanın faşist və təcavüzkar siyasətinə qarşı ciddi tədbrilərin görülməməsinin nəticəsidir ki, bu gün də öz təcavüzkar, faşist siyasətindən əl çəkmir və bu gün dünyada  faşizm ideologiyasını təbliğ edən bir ölkəyə çevrilib. Ermənistanın  qəsbkar siyasətinə qarşı beynəlxalq aləmin ciddi tədbirlər görməməsi nəticəsində İrəvan beynəlxalq hüquqları kobud şəkildə pozaraq  Azərbaycana qarşı növbəti təxribatı həyata keçirdi. Bu zaman ermənilər yenə də öz faşist niyyətlərini açıqca ortaya qoyaraq, ilk növbədə mülki əhalini hədəf seçərək, onların yaşadıqları məntəqələrini atəşə tutub. Bu  da  ermənilərin faşizm xislətindən irəli gələn məsələdir. Azərbaycan Ermənistanın bu faşizm siması bir daha dünya nümayiş etdirərək ifşa etməkdədir. Azərbaycan tərəfi isə müharibə şəraitində belə humanizm prinsiplərinə sadiq qalaraq mülki insanların yaşdıqları yerləri atəşə tutmur. Düzdür, ermənilərin əsas məqsədi əhali arasında panika, təşviş yaratmaq olub. Amma onlar bu niyyətləri baş tutmadı.Xalq öz yaşadıqları yeri tərk etməyərək orudya dəstək verməkdədirlər”- millət vəkili qeyd edib.  

Azərbaycan ordusunun  erməni hərbi birləşmələrinin həyata keçirdiyi təxribata cavab olaraq  Azərbaycan ordusunun başlatdığı əks-hüçum əməliyyatları barədə mövqeyini açıqlayan millət vəkili bildirib  ki, ordumuzun əks-hücumu əməliyyatları  özünümüdafiə xarakteri daşıyır: " Azərbaycan ordusu  hər hansı ölkənin ərazisində  deyil, öz ərazisində  işğal altında olan torpaqların işğaldan azad olunması əməliyyatını keçirir. Bu əməliyyat ümumxalq mübarizəsinin tərkib hissəsidir. Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar ermənilərin işğalçılıq siyasətindən fərqli olaraq haqq, ədalət mübarizəsi uğrunda savaşdır. Müqəddəs torpaqlaırn işğaldan azad edilməsi uğrunda savaşdır. Bu gün xalq-hakimiyyət-ordu həmrəyliyi  ən yüksək səviyyədədir. Belə ki, xalq Ali Baş Komandanın ətrafında sıx birləşərək, ordunun həyata keçirdiyi əməliyyatı hərtərəfli formada dəstəkləyir. Bu gün minlərlə vətəndaşımız könüllü surətdə Vətən uğrunda  savaşa  getmək üçün Hərbi Səfərbərlik Xidmətinin yerli şöbələrinə müraciət edir.  Azərbaycan insanı bu günün uzun illərdir ki, səbrsizliklə gözləyirdi və həmin an gəlib. Ona görə də cəmiyyətdə ruh yüksəkliyi ən yüksək səviyyədədir. O baxımdan da ölkədə  xalq- hakimiyyət-ordu birliyi və həmrəyliyi mövcuddur. Hamı orduya dəstək verməyə hazırdır.  Xalqımız səbrsizlik Azərbaycan bayrağının bütün işğal olunmuş torpaqlarda, xüsusən də Şuşada dalğalanmasını səbrsizliklə gözləyir. Azərbaycan xalqı ordusuna inanırq. İnarır ki, Azərbaycan ordusu işğal altında olan müqəddəs Vətən torpaqlarını yağı və mənfur düşməndən təmizləyəcək. Azərbaycan ordusu buna qadirdir. Çünki ordumuz güclü və qüdrətlidir. Bu gün və qüdrətin qarşısında düşmən  tab gətirə bilməyəcək. Odur ki, qısa zamanda üçrəngli bayrağımız Qarabağda dalğalanacaq”.

Mürtəza