Ağdamda 24 yaşlı qadın itkin düşüb

Ağdamda itkin düşən 24 yaşlı qadın axtarılır.Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə və ya Ağdam Rayon Polis Şöbəsinə (0-2632-5-02-02) telefon nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.