AHİK sədri, millət vəkili Səttar Möhbalıyevdən FHN işçilərinə təbrik məktubu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovu və FHN işçilərini peşə bayramları münasibəti ilə təbrik edib.

Təbrik mətnini təqdim edirik:

Sizi və sahənin bütün işçilərini 16 dekabr –Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar respublikamıza böyük uğurlar gətirmişdir. İslahatların nəticəsi olaraq ölkənin mülki müdafiə, ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində, tikintidə bir sözlə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün vacib olan geniş miqyasda işlər həyata keçirir.

Nazirliyin qüvvələri respublika ərazisində baş verən fəlakət hallarının aradan qaldırılmasında, yanğınların söndürülməsində, subasmaya məruz qalan ərazilərdə, sürüşmə zonalarında yaranan təhlükələrin aradan qaldırılmasında, zərərçəkən əhaliyə ilkin tibbi xidmətin göstərilməsində, xilasetmə əməliyyatlarında peşəkarlıq nümunəsi göstərməkdədirlər.

Görülən tədbirlər bu sahədə çalışan işçilərin həyat səviyyəsinin daha da yüksəldilməsinə, əməkdaşların sosial-iqtisadi problemlərinin həllinə, onların iş şəraitinin yaxşılaşdırılmasına, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkilinə öz müsbət təsirini göstərməkdədir.

Bir daha Sizi və bütün Fövqəladə Hallar Nazirliyi işçilərini çoxsaylı həmkarlar ittifaqı üzvləri adindan ürəkdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram.