Arzulanan qələbənin bir addımlığında

Son günlər işğal altında olan torpaqlarımızın geri qaytarılmasında müharibə variantının qaçılmaz olması ilə bağlı fikirlər səsləndirilir. Erməni tərəfinin həyasızlığı, siyasi riyakarlığı nəticəsində atəşkəs rejimi davamlı olaraq pozulur, hətta sərhəd bölgəsində olan ərazilərimizə düşmən saldırısı davam edir. Təəssüflər olsun ki, düşmənin bu hərəkətinə beynəlxalq təşkilatlar hələdə səsiz qalır. Bütün bunlar isə Azərbaycan cəmiyyətində haqlı narazılıqlara gətirib çıxardır. Artıq hər kəs torpaqlarımızın işğaldan azad olunmasını istəyir. Yorulduq torpağlarımız vəhşi ermənilərin tapdaq altında qalmasından! Buna artıq son deməyin zamanı gəlib çatıb. Aparılan sosialoji sorğularda bunu deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik. Danışıqlar bir nəticə vermədiyi üçün müharibə variantı qaçılmazdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın üç rəngli bayrağı Şüşada dalğalanacaq. O gün uzaqda deyil!

Elnarə Həziyeva