Azərbaycanda daha bir kəndin adı dəyişdirilir - Milli Məclis təsdiq etdi

Azərbaycanda daha bir kəndin adı dəyişdirilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, iclasda "Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məsələ müzakirəyə edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsvermyə qoyularaq qəbul edilib.