Azərbaycanda daha bir vəzifəli şəxs qızına nişan mərasimi keçirdi: Bəy icra hakimiyyətinin işçisidir - VİDEO

Azərbaycanda daha bir məmur pandemiya dönəmində övladına nişan mərasimi keçirib.

Ölkə.Az-ın məlumata görə, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın nişan mərasimi olub.

Mərasim iyulun 9-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutub. Bildirilir ki, nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Sadəcə, onlar üçün digər otaqda xüsusi masa açıldığından həmingörüntülərdə yoxdurlar.

Mərasim 30-dan artıq şəxsin iştirakı ilə keçirilib.

Mehparə Əzizova Fəzəməli Nurlan Muradxan oğlu adlı şəxslə nişanlanıb.

Qeyd edək ki, Fəzəməli Nurlan adlı şəxs Ağdam Rayon İcra Hakimiyyətinin işçisidir.