Azərbaycanda hamilə qadın koronavirusdan (COVID-19) vəfat edib.
Oxu.Az-ın məlumatına görə, körpənin həyatı xilas edilib, amma vəziyyəti hazırdailk günlərdəki kimi çox ağırdır.
Azərbaycan Tibb Universitetinin mətbuat xidməti məlumatıOxu.Az-a təsdiq edib.
Bildirilib ki, ananın vəziyyəti ilə bağlı körpə oksigen azlığı keçirib:
"Bu səbəbdənbaş beyində ciddi zədələnmələr var. Aparılan müayinə zamanı beyində qanama, işemik zədələnmə aşkarlanıb. Körpə doğulan zamandanağciyərlərin sünitənəffüsü cihazına bağlıdır. Hələlikcihazdan ayırmaq mümkün deyil”.
Qeyd edilib ki, vaxtından erkən doğulmanın əlamətləri uşağın vəziyyətini daha da ağırlaşdırır:
"Uşağdan götürülmüş COVID-19 RP-PCR testi neqativdir.Sonrakı vəziyyəti ilə bağlı proqnoz vermək mümkün deyil. Biz körpəni hər an itirə bilərik”.