Bakını bürüyən toz-dumanın əsas səbəbi açıqlandı

"Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır”.

BunuOxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoruRamal Bağırov bildirib.

O bildirib ki, buna səbəb ötən gün əsəngüclü külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan dumanvə nisbi rütubətin yüksək olması ilə əlaqədaratmosferin aşağı qatına enməsidir:

"Hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur”.

O qeyd edib ki, tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.