Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və təcili olaraq Türkiyəyə yola salınıb.

Ailə üzvlərinin verdiyi məlumata görə, son bir neçə həftə ərzində Ə.Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlamış və ev şəraitində müalicə almışdı.

Dünəngecə isə səhhəti qəflətən pisləşdiyinə görə Türkiyəyə yola salınıb və xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Ə.Həsənovciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindənəziyyət çəkir.

Qeyd edək ki, Ə.Həsənov 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və bir ayın içərisindəiki dəfə açıq ürək əməliyyatı edilib.

(Vətəninfo.com)