Əlilliyi olan gənclərin media bacarıqlarının İnkişafı üçün təlim təşkil olundu

Sumqayıt şəhərində "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Gənclərin Media Bacarıqlarının İnkişafı” adlı iki günlük təlim təşkil edib.

Bu barədə Sosialmedia.az-a birliyin rəhbəri Səbinə Kərimova məlumat verib.Onun sözlərinə görə yeddi nəfər əlilliyi olan gənc üçün təşkil olunan iki günlük təlimdə, təlimçi QHT TV və QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə əlilliyi olan gənclərə KİV haqqında qanun və qaydalar barədə məlumat verib. Onlara prez-relizlərin yazılışını, məqalə yazmaq və müsahibə götürmək qaydasını öyrədib. Bu təlimin məqsədi keçən il yaradılan Sosialmedia.az saytında artıq bir ildən çoxdur fəaliyyət göstərən əlilliyi olan gənclərin daha çox bilik əldə etməsi və gələcəkdə jurnalistika sahəsində peşəkar fəaliyyət göstərmələr üçün nəzərdə tutulub.

Digər onlayn təlimlərimiz isə oktyabrın sonuna kimi davam edəcək deyə vurğulayıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsi çərçivəsində dəstəklənib.