Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində partiyanın inkişaf konsepsiyasından, qarşıdan duran məqsəd və vəzifələrdən danışıb.
-Bəli, bunu mənə dəfələrlə deyiblər. Amma ilk qadın partiya sədriyəm kimi düşüncə mənə çox yad düşüncə tərzidir. Heç bir zaman ilk qadın partiya sədri olmaq üçün səy göstərməmişəm Sədr seçilmək mənim üçün də gözlənilməz oldu. Partiyada mənim sədr olmam böyük məsuliyyəti üstlənməm deməkdir. Bu məsuliyyətin öhdəsindən layiqincə gələ bilmək, Partiyamızı, dövlətimizi, Xalqımızı beynəlxalq arenada layiqincə təmsil edə bilməkdir mənim məqsədim və hədəfim. Nəzərdə tutduğumuz bir çox layihələr var. Ən önəmli faktor, mərkəzçi partiya olarak, Xalqın sosial rifahının yaxşılaşdırılmasıdır. Bu yöndə dövlət rəhbərliyinin atdığı addımları Siyasi Partiya olaraq ölkəmizdə gedən yeniləşmə proseslərini dəstəkləyərək, partiyanın fəaliyyətinin yeni ictimai-siyasi şəraitlə uzlaşdırılmasını, partiyadaxili idarəetmə strukturlarında və partiyanın rəhbər orqanlarında kadr islahatlarının aparılmasını məqsədəmüvafiq hesab edirik. Azərbaycan indiki Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində gündən-günə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə imici və nüfuzu yüksəlməkdədir. Son vaxtlarda cənab Prezident tərəfindən bütün istiqamətlər üzrə həyata keçirilən kadr və digər islahatlar ölkəmizdə yeni ictimai-siyasi şəraitin yaranmasına gətirib çıxarmışdır. Aparlan kadr islahatları çərçivəsində ölkə rəhbərliyi tərəfindən gənclərin mühüm dövlət qurumlarına məsul vəzifələrə irəli çəkilməsi xüsusi əhəmiyyət kəsb edir. Biz Sosial Rifahçılar ölkə prezidenti tərəfindən həyata keçirilən islahatları dəstəkləyir və ümid edirik ki, islahatlar bundan sonrada davam etdiriləcəkdir.
-Beynəlxalq əlaqələrin qurulması istiqamətində nə kimi addımlar atacaqsınız?
- Bu gün partiyanın beynəlxalq əlaqələr şöbəsi olaraq, Türkiyə daxilində olan Azərbaycan dərnək və diaspora qurumları arasında mobilizasiya yaradaraq, onların fəaliyyətinin websayt üzərindən koordinasiya olunmasına nail olmuş, bu yöndə daha ciddi çalışmalar həyata keçiririk. Qeyd etmək gərəkir ki, partiyamızın VOİCEPRESS layihəsi Diaspora Dövlət Komitəsində də, rəsmi olaraq qeydiyyata alınmışdır. Bu gün böyük beynəlxalq layihələri hədəfləyən beynəlxalq əlaqələr şöbəmizin olması partiyamız adına böyük uğurdur. ASRP olaraq, müntəzəm Türkiyənin ayrı ayrı şəhərlərində yerli jurnalistlərə Dağlıq Qarabağ, Azərbaycan Həqiqətləri ilə bağlı seminarların həyata keçirilməsinə nail oluruq. ASRP-nin VOİCEPRESS layihəsi çərçivəsində nəinki qardaş ölkə olan Türkiyədə, eyni zamanda dünya ölkələrində yaşayan soydaşlarımızın problemlərinə diqqət yetirir, onların çözülməsi üçün əlimizdən gələni edirik. Çünki ASRP-nin beynəlxalq Əlaqələr şöbəsinin birinci idealoji çalışma meyarı Ulu Öndər Heydər Əliyevin də dediyi kimi sadəcə 1 gün deyil, ilin 365 günü həmrəy olmaqdır. Bu gün Cənab Prezident İlham Əliyevə partiyamızın beynəlxalq Əlaqələr şöbəsi adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, ASRP-nin beynəlxalq sahədə gördüyü işlərin hər zaman diqqət mərkəzində olması məhz cənab Prezidentin qayğısı sayəsindədir. Bu gün Cənab Prezidentin Türkdilli dövlətlərinin Əməkdaşlıq Təşkilatına sədrliyi dönəmində ASRP olaraq, qardaş Türkiyənin Yalova şəhərində "Türk Dövlətləri Mədəniyyət Mərkəzinin” açılmasına müvəffəq olmaq adına işlər başlatmışıq. Hesab edirik, Cənab Prezidentin TDƏŞ- dəki fəaliyyəti yönündə bu mərkəzin açılması Azərbaycanın həmrəylik gücünü təsdiləmiş olacaqdır.
-VI çağırış Parlament seçkilərində partiya uğur qazana bilmədi. Bunun səbəbləri araşdırılıbmı və qarşıdakı seçkilərdə partiyanın mövqeyi nədən ibarət olacaq.
- VI çağırış Parlament seçkilərində partiyamız iştirak etdi. Əslində bu məsələ ilə bağlı danışmaq istəmirəm. Amma qeyd edim ki, Möhtərəm Prezident İlham Əliyevin ölkədə ədalətli hüquq sisteminin təmin edilməsi yönündə əlindən gələni əsirgəmədiyinə görə, seçki zamanı da, saxtakarlığa baş vuran şəxslərin ifşa olunmasını gözlərimilə gördük. MSK tərəfindən dairə üzrə saxta yolla seçkilərdə qazanan şəxs ifşa olundu və nəticələr Mərkəzi Seçki Komisiyası tərəfindən ləğv olundu. Azərbaycan Sosial Rifah Partiyası bilirsiniz ki, hər zaman seçkilərdə iştirak edib. Hətta prezident seçkilərinə belə qatılıb. Seçkidə həm qələbə qazanmaq var, həm rə qazanmamaq. Onun üçün seçkidə qazanmadığımızda partiyanın seçki strategiyası üzərində düşünürük. Hesab edirəm, seçki strategiyası ən önəmli faktordur. Strategiyamızdakı əksik detalları tamamlayaraq, növbəti seçkilərdə yenidən partiya olaraq iştirak etməyi düşünürük. Siyasi partiya daima fəaliyyətdə olmalıdır. Digər tərəfdən ölkədə demokratik əsaslara malik ədalətli hüquqi sistem var. Belə olan halda partiya olaraq, fəaliyyətsizliyimiz ən böyük uğursuzluğumuz olar.
-Adətən ASRP YAP-ın siyasi xəttini dəstəkləyən partiya kimi tanınır....
- Azərbaycan Sosial Rifah Partiyası mən deməzdim Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyir. ASRP hər zaman obyektiv dəyərləndirməyə əsasən öz mövqeyini ortaya qoyub. Biz də hakimiyyətdə olmayan partiya kimi dövlətə öz təkliflərimizlə müraciətlər edirik. Azərbaycanın xarici siyasi xətti ilə çox zaman ASRP-nin siyasi fikirləri üst-üstə düşür. Bir çox hallarda, fərqli düşüncələrimizi belə paylaşırıq. Bu gün ölkədə siyasi fikir azadlığı var. Bu cənab Prezident İlham Əliyevin sayəsindədir. Bunu əgər dilə gətirməkdən çəkinmirəmsə və etiraf edirəmsə, bunu ASRP-nin YAP-ın bütün siyasi xəttini dəstəklədiyi kimi qələmə vermək lazım deyil. Bu gün işğalçı Ermənistana qarşı Azərbaycan Sosial Rifah Partiyası olaraq dövlətimizin yanındayıq. Hesab edirəm, bu belədə olmalıdır. Çünki işğal altında olan torpaq sadəcə YAP-a məxsus deyil. O hamımızın torpağıdır və bu baxımdan partiyalar arasında həmrəylik olmalıdır. Digər baxımdan qarşımızdakı YAP belə olsa siyasi arenada hər biri bizim üçün rəqib partiyadır. Amma zənnimcə ən böyük siyasət rəqibin uğurlarını və gücünü qeyd etməkdir. Belə olan halda daha uğurlu addımlar atmaq mümkündür. Amma Azərbaycanda bu fərqli şərh edilir...